"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 15-ci turunda doğma meydanlarında "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o deyib: "Çox maraqlı oyunun şahidi olduq. Hər iki komanda baxımlı futbol oynamağa çalışırdı. İkimizdə də yaxşı alınırdı. Birinci hissədə hər iki tərəf fərqləndi. Yenə qol epizodlarımız var idi. Onlardan istifadə edə bilmədik, rəqib kornerdən fərqləndi. Amma meydanda bərabər mübarizə gedirdi. Düzdür, əks-hücumlarımız daha kəsərli idi. Amma “Sumqayıt” yaxşı pressinq edirdi. Ona görə arxadan hücumlar qurmaqda çətinlik çəkirdir. Bu səbəbdən biz də pressinq tətbiq edərək hücum etməyə çalışırdıq. Pis alınmırdı. İkinci hissədə rəqibdən daha üstün oynadıq və qol epizodlarından istifadə edərək vacib qələbə qazandıq.
Vaqif Cavadovu təbrik etmək istəyirəm. Bu yükün altına girdikdə narahatlığım var idi. Amma oyunlar göstərir ki, yükü daşımağa qadirdir. Hətta rəqibi analiz edəndə maraqlı detallar gördüm. Bu gün də rəqimizin oyun stilini hiss etdik. Vaqifə uğurlar arzulayıram. Futbolçularımı da təbrik edirəm. Üç gündən sonra "Şamaxı"ya qarşı kubok matçına çıxacağıq. Tez o oyuna keçid etməliyik".
Mütəxəssis Vaqif Cavadovun "Rəqib güclü olsa da, qolları biz hədiyyə etdik" sözlərinə fikir bildirib: "Yaxşı pressinq tətbiq edib, hücuma keçidlərdən qollar vurduq. Bu elementlər də müasir futbolda çox önəmlidir. Qolların 60-70 faizi o elementlərdən sonra olur. Mövqe hücumları ilə indi qol vurmaq çətindir, çünki komandalar böyük qüvvə ilə müdafiə olunur və yaxşı oyunçulara malikdirlər. Bəlkə də, təhlil etdikdən sonra fikrim dəyişəcək. Amma düşünürəm ən yaxşı oyunlarımızdan idi".
R. Sadıqov "Zirə"nin prezidenti Orxan Məmmədovun oyundan sonra soyunub-geyinmə otağına gəlməsindən də söz açıb: "Bizim üçün də sevindiricidir ki, klubumuzun fəxri prezidenti gəlib komandanı təbrik etdi. Müəyyən movzular var ki, mətbuatda danışmaq doğru olmaz. Yaxından təbrik etməyi, dəyər verməyi bizim üçün önəmlidir. Çətin günlərdə Orxan Məmmədov hər zaman özünü önə verir. Ona təşəkkür edirəm".
O, oyunda zədələnən futbolçusu Rafael Utziqin durumu haqda danışıb: "Görünən odur ki, zədəsi ciddidir. Dünən Qismət Alıyevi itirdik. Ən azı 5-6 həftə komandadan kənarda qalacaq. Bu gün də Utziqin zədələnməsi bizi məyus edir. Görünən odur ki, qış fasiləsindən sonra oynaya biləcək. Sabah MRT olacaq. Daha dəqiq biləcəyik. Elə futbolçular var ki, onlar ağrıdan şikayət edəndə bilirsən, nə qədər ağır zədədir. Utziq də dözümlü futbolçulardandır. Ağrısı olursa, demək ki, həqiqətən ağır zədədir.
Ümid edək ki, çox uzun zaman bizdən ayrı qalmayacaq. Zədələr futbolun bir hissəsidir. Əsas da yerli futbolçuların zədələrindən əziyyət çəkirik. Onları əvəzləyən futbolçular layiqli çıxış etdilər. Düşünürəm, özlərini daha da yaxşı tərəfdən göstərəcəklər".
Mütəxəssis futbolçusu Davit Volkovun het-trikinə də münasibət bildirib: "Məşqlərdə eyni istək, eyni konsentrasiya ilə oynayır. Meydanda əzmkarlıq edir. Söhbət tək Volkvodan getmir, bütün futbolçular. Elə olanda oyunda çox şey alınır. Uğurun sirrini onda görmüşəm. Nə qədər əzmkar çalışacaqsan, inşallah ki, nəticədə sevinən tərəf olacaqsan".
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu