"Futbolçularımı təbrik edirəm. Burada olan bütün çətinliklərlə bacardılar. Həm meydança, həm hava amili. Uzun bir yol gəlmişdik. 3 oyun məğlubiyyət də futbolçuların üzərində basqı yaratmışdı".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda Norveçdə "Bodo Qlimt"ə qalib gəldikləri oyundan sonra deyib.
O, 2:1 hesablı qələbəni belə şərh edib: "Oyundan əvvəl hamımızın birlikdə söhbəti oldu ki, biz bacararıq, məğlub ola bilərik, amma meydandan ruhsuz çıxa bilmərik, mübarizədən çəkinə bilmərik. Futbolçularım çox sağ olsunlar ki, meydandakı hərəkətləri, mübarizələri ilə bunu göstərdilər. Dünən də demişdim ki, çox yaxşı komandaya qarşı mübarizə aparacağıq. Bu gün Norveç futbolunun tam inkişafda olmasının şahidi olduq. Həm məşqçi işi görünür, həm futbolçular yaxşı oynayırlar. Öz futbolçularımı bir daha təbrik edirəm. Bu komandaya səmimi qəlbdən uğurlar arzulayıram".
Q.Qurbanov qeyd edib ki, 8 noyabr - Zəfər Gününə görə bütün azarkeşlər onlardan qələbə gözləyirdi: "Bütün Azərbaycan oyunumuza baxırdı, hamı bizdən qalibiyyət gözləyirdi. Allaha şükürlər olsun ki, Zəfər Günündə futbolçularım bu cür zəfəri əldə etdilər. Bütün azarkeşlərimizi, rəhbərliyimizi və "Qarabağlı"larımızı təbrik edirəm. Amerikadan, Bostondan gələn azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Hansılar ki, bu gün məni duyğulandırdılar. Hətta bütün məşqçi heyətinə kiçik bir suvenir və gözəl hədiyyə gətiriblər. Çox dəyərli bir hədiyyə etdilər bizim üçün. İnanın ki, onlar bizim bütün oyunlarımızda iştirak edirlər və onlara bütün klubumuz adından təşəkkür edirəm. 7-8 azarkeş burda "İmarət Tayfa" qışqıraraq elə bir təəssürat yaratdılar ki, sanki bütün azarkeşlərimiz burda idilər. Hər birinə təşəkkür edirəm".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?