“Azərreyl” klubunun kişilərdən və qadınlardan ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda çempion olub.
QOL.az xəbər verir ki, kişilər arasında keçirilən Avropa Kubokunun final matçında ”Azərreyl” İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandasına qalib gələrək çempion olub.
Komandalar arasında iki görüş keçirilib. Bir oyunda “Azərreyl”, digərində isə rəqib qalib gəlib. Ardınca çempionu müəyyən etmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunun qalibi adını qazanıb.
"Azərreyl"in qadınlardan ibarət komandası da bütün rəqiblərinə qalib gəlib. Qrup mərhələsində Avstriyanın “Bergstrand Beachvolleyball” və Sloveniyanın “BVC Ludus”, 1/4 finalda Türkiyənin “TVF Spor Lisesi Ihtisas Kulubu”na, yarımfinalda Macarıstanın “Ėdra Tata” klubuna qalib gələn xanımlarımız qələbə seriasını finalda da davam edib.

Final matçında “Azərreyl” Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib. Final görüşündə komandalar arasında keçirilən iki oyundan birində “Azərreyl”, ikincidə isə rəqib qalib gəlib. Ardınca qalibi müəyyən etmək üçün keçirilən qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunun qalibi olub.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu