Millimiz Türkmənistana uduzub

Millimiz Türkmənistana uduzub
ÖLKƏ FUTBOLU 3 Oktyabr 2024 / 00:01 346
-  A +

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə ilk oyununu keçirib.

QOL.az xəbər xəbər verir ki, millimiz Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkmənistanın U-17 komandası ilə qarşılaşıb. Görüş Türkmənistan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-16 turnir çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 16:00-da Türkiyə yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, Türkmənistan və Gürcüstan yarışa U-17 komandaları ilə qatılıb.
 

Daha çox


Son xəbərlər