"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bəlkə də bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik. Çünki, xeyli sayda şanslarımız oldu. Bu gün həm təcrübə, həm də ustalıq qalib gəldi. Futbolçularıma çox da iradlarım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin ilk turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
- "Qarabağ" rəqibdən daha üstün oynasa da, hesab böyük oldu. Bunun səbəbi nədir?
- Futbolçularda bir az həyəcan var idi. Dünya futbolunun ən güclü çempionatı İngiltərədə keçirilir. "Tottenhem" həmişə liderlər sırasında olub. Məncə, həyəcan mane oldu. Rəqibin ustalığı bizə qalib gəldi. "Tottenhem"in azlıqda oynaması haradasa bizə rahatlıq verdi. Bəzi futbolçular daha arxayın oldular. Bu arxayınlıq texniki səhvlərimizə gətirib çıxardı. Biz onlara qol vurmaq üçün şərait yaratdıq. Bəlkə də daha yaxşı nəticə ola bilərdi.
- Komandanız tıxaca düşdüyü üçün matç gec başladı. Bu, komandaya necə təsir göstərdi?
- Təxminən 2 saat yarım yolda olmuşuq. Bu qədər müddətdə avtobusda oturaq vəziyyətdə qalmaq istər-istəməz futbolçuların konsentrasiyasını pozur. Bunu səbəb kimi gətirmək istəmirəm. Amma bu səviyyədə turnirdə belə hallar olmalı deyil. Sadəcə bu ölkənin öz qayda-qanunları var. Polis müşayiəti verilmir, özümüz gəlməliyik. Belə tıxacda, bu cür oyunlarda polisin olması mütləqdir. Çox böyük təsiri oldu. Amma buna görə rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Stadiona çatanda dedilər ki, oyun 40 dəqiqə sonra başlamalıdır. Normal hazırlaşa bilmədik.
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
PSJ "Mançester Siti"yə, "Fənərbaxça" "Aston Villa"ya qarşı
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər