Peşəkar Futbol Liqasının yeni saytı - pfl.az istifadəyə verilib.
QOL.az xəbər verir ki, minimalist üslubda, xüsusi dizaynda hazırlanan saytda hər liqanın öz pəncərəsi var və hər birində özünəməxsus rənglərdən istifadə olunub.
Sayta daxil olarkən ilk olaraq Premyer Liqa səhifəsi açılır. Səhifədə cari turun oyunlarını görmək mümkündür. Matçların əks olunduğu hissənin üzərinə toxunuş etdiyiniz zaman hər oyunda baş verən hadisələr xüsusi infoqrafika vasitəsilə göstərilir.
Oyunların aşağısındakı 36 rəqəm turlara işarədir. Klubların loqolarına toxunuş edildikdə isə məlumatlarla zəngin nəfis tərtibata şahid ola bilərik.
Ardınca xəbər manşeti gəlir.
Manşetin aşağı hissəsində Premyer Liqanın turnir cədvəli təqdim olunur. Ətraflı düyməsini seçməklə eyni səhifədə Azərbaycan çempionatlarının istənilən mövsümünün turnir cədvəlini izləmək mümkündür.
Cədvəlin sağında bombardirlər siyahısında ilk üçlük şəkilləri və adları ilə təqdim olunur. Bombardirlər siyahısının alt hissəsindəki ətraflı düyməsi bölmə haqqında daha müfəssəl informasiya almaq üçündür.
Səhifənin davamında son turun icmallarını, həmçinin oyunlardan fotoalbomları görə bilərik. “Yüzlər klubu”nda Azərbaycan çempionatlarında ən çox qol vuran, ən çox oyun keçirən, həmçinin bir klubda ən çox matç keçirmiş futbolçuların siyahısını və göstəricilərini görürük.
Xüsusi məqam Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Peşəkar Futbol Liqasının rəsmi saytında klublarımızın avrokubok çıxışları haqda məlumatların arxivinin yaradılmasıdır.
Sosial lövhədə PFL-in feysbuk və instaqram sosial şəbəkələrindəki müxtəlif paylaşımlarını görə bilərik.
Daha bir yenilik PFL-in akkreditasiya qeydiyyatı ilə bağlıdır. Belə ki, ilk dəfə olaraq bu müraciətlər tam olaraq onlayn şəkildə həyata keçiriləcək.
Saytın Azərbaycan Kuboku turnirinə aid “kubok” bölməsində oyunların olduğu əsas səhifə ilə yanaşı, “Sxem” bölməsinə toxunuş edərək ölkə kubokunun ümumi sxeminə baxmaq mümkündür.
Yeni saytda I Liqa, II Liqa və Əvəzedicilər liqası pəncərələrinin xəbər manşeti eyni olsa da, digər bölümlər hər liqanın özünə məxsus olacaq. Saytın əsas səhifəsindən fərqli olaraq bu turnirlərin əsas səhifələrində onların videoicmallarının paylaşıldığı I Liqa / II Liqa yutub kanalı yerləşdirilib.
I Liqa, II Liqa və Əvəzedicilər liqası pəncərələrinin klublar, komandaların sifarişləri, bombardirlər səhifələrinin dizaynları saytın əsas səhifəsinin dizaynının ümumi vəhdətini pozmamaqla bərabər, ondan fərqlidir.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında