"Deyərdim ki, vacib üç xalı əldə etdik. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Gələn turda səfər görüşümüz olacaq. Həmin oyuna fokuslanacağıq".
QOLşaz xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 7-ci turunun "Sumqayıt"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
- Demək olar ki, "Zirə"nin liqadakı tək rəqibi "Qarabağ"dır?
- Yox, mən belə deməzdim, razı deyiləm. Yaxşı oyun göstərən komandalar var, nəticələr əldə edirlər. “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah”, “Sumqayıt”, “Neftçi”...Klublar mövsümün sonuna kimi avrokuboklar uğrunda mübarizə aparacaqlar. Ayxan Abbasov "Şamaxı"da yaxşı kollektiv formalaşdırıb. Bu mövsüm rəqiblər daha da çox olacaq.
- "Neftçi"dən ayrılan və hazırda azad agent statusu daşıyan Qara Qarayevin xidmətində maraqlısınız?
- Onunla keçən il görüşmüşdüm. "Qarabağ"dan ayrıldıqdan sonra onu "Zirə"yə gətirmək istəyirdik. O, "Neftçi"yə keçdi və orada oynamağa qərar verdi. İndi isə elə vaxtda azad agent kimi qaldı ki… Təbii ki, onun kimi futbolçunu hər bir komanda heyətdə görmək istəyər. Sadəcə indi bizdə onun mövqeyində 4-5 oyunçu var. Qara ilə bu il danışığımız olmayıb. Düzü, ötən mövsüm onu komandaya gətirməkdə israr edirdim. Lakin o, sonda "Neftçi"ni seçdi.
- Demək olar ki, bu qərarından sonra inciklik olub?
- Yox. Bizim onunla münasibətimiz elədir ki, bu qərarı münasibətimizə təsir etməz. Məni də sıxan müəyyən nüanslar var. Qara oynamalı olan futbolçudur. Hardasa qalmaq onun üçün yaxşı olmaz. Qara matçlarda iştirak etməlidir, iddialı futbolçudur. Qara ilə münasibətimiz qaydasındadır. Futbol haqda söhbətlərimiz də olur. Lakin transfer barədə onunla danışığımız olmayıb.
- Emin Mahmudovun da “Neftçi”dən qalacağı gözlənilmir. Onu heyətində görmək istəyərdiniz?
- Təbii ki, hamı bunu istəyər. Futbolda uğursuz periodlar olur. Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Məncə, Emin "Neftçi"də layiqli kapitan olub. Roman Qriqorçuk təcrübəli mütəxəssisdir. Məncə, Mahmudov yoluna davam etməlidir. Bizi əvvəlki oyunları ilə sevindirməlidir.
- Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmaları uğursuz nəticə göstərir. Hər halda, yerli futbolçu baxımından sıxıntılar olduğu aşkardır. Sizcə, çıxış yolu nədir?
- Bilirsiz, bundan 4-5 il əvvəl hazırkı problemləri yaşayacağımız görünürdü. Amma mən gələcəyə nikbin baxıram. AFFA-nın yeni rəhbərliyi futbolumuza yeni nəfəs gətirməyə çalışır. Bunun bəhrəsini görəcəyik. 9-10 yaşından yetişdirdiyimiz futbolçuların 7-8 ilə yaxşı olacaqlarını düşünürəm.
- Bəs AFFA-ya bu mövzuda hansı təklif edərdiniz?
- Mən məşqçiyəm, bununla bağlı müzakirə lazım olarsa, edərik. Düzünü deyim, mən 10 yaşlı futbolçunu necə yetişdirmək lazım olduğunu bilmirəm. Çünki hər bir yaş qrupunun öz peşəkar kadrı var. Məndən 18-19 yaşlı oyunçu barədə soruşsanız, nəsə demək olar.
- "Zirə" də Azərbaycan futbolunda dominantlıq edir. Bu komandanın çempionluq uğrunda mübarizə aparması üçün nəyə ehtiyacı var?
- Vəziyyətdə, gedişatdan asılı olan çox şey var. Elə məşqçi gələ bilər ki, komandanı bir ay ərzində dəyişsin. Hər şey mümkündür. Hazırda “Turan Tovuz”un əsas üstünlüyü odur ki, indiki məşqçi də əvvəlki məşqçi kimi eyni sistemlə oynamağa davam edir. Kurban Berdıyevin futbolçulara yanaşmasından sonra komanda artırıb. Bəlkə sabah "Zirə"yə gələrsə, yenə də uğurlu olar. Nə qədər zamana ehtiyac olduğunu bilmirəm. Başımızı aşağı salıb, bildiklərimizi etməyə çalışırıq. Allah qoysa, daha yaxşı, daha möhkəm komanda olarıq. Stabilliyi qorumağa ehtiyac var. Təbii ki, bunu etmək asan məsələ deyil. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanaraq ötən mövsümkü uğuru təkrarlamaqdır. İrəliyə baxmaq lazımdır.
- Bəs 10 ildən sonra da özünüzü "Zirə"də görürsünüz?
- Ola bilər, niyə də yox?(sportal.az)
“Şkendiya” əvvəlcə “Qarabağ”ı, sonra “pley-off”u keçməlidir…” - Şimali Makedoniyada ümidlidirlər
"Roma" səfərdə "Lans"ı məğlub etdi
"Şamaxı" növbəti transferini rəsmiləşdirdi
Ruben Amorim: "Komandamız əla formadadır"
"Çempionlar Liqasını qazanmaq mənim şəxsi məqsədimdir"
Messinin mühafizəçisi matçlardan uzaqlaşdırıldı - Şəkillər
"Qəbələ" - "İmişli" matçında 5 qol vuruldu
"Turan Tovuz" Albaniya klubuna uduzdu
"Bavariya" yoxlama oyununda "Lion"u məğlub etdi
"Fənərbaxça" Aktürkoğlunu hədəflədi
"Milan", "Borussiya" və "Ayaks" onunla maraqlanır
"Arsenal"ın sabiq qapıçısı rəsmən "Nyukasl"da
Mahir Emreli: "Məqsədimiz mövsümü ilk 3-lükdə bitirməkdir"
"Çelsi" onunla yollarını ayırmağa hazırlaşır
"Bavariya"nın bu futbolçusu gözündən zədə aldı
Dadaşovun komandasından məğlubiyyət
"Karvan" "Ayaks"ın sabiq futbolçusunu transfer etdi
Haaland: "Heç vaxt dünya çempionu ola bilməyəcəyik"
"Roma" yeni futbolçu aldı
"Bavariya" yeni formasını təqdim etdi - Şəkillər
"İnter" yenə "yox" cavabı aldı
Tanınmış futbolçu 29 yaşında karyerasını başa vura bilər
"Liverpul"la razılaşdı
“Sabah” və “Araz Naxçıvan” üçün “pley-off”da potensial rəqiblər - “Böyük beşlik”dən də komandalar var
10 illik dövr başa çatdı - "Tottenhem"dən getdi
“Levski”nin rəhbəri “Sabah”dan danışdı
“Ayaks” İsrail millisinin üzvünü transfer etdi
Güləşçimiz dünya çempionatında finala yüksəlib
Alonso seçim arasında qaldı
Millimizin Çexiya ilə oyununun yeri və vaxtı bilindi
"İmişli" braziliyalı oyunçunu transfer etdi - Rəsmi
PSV Çempionşipdən onu transfer etdi