"Bura xal götürməyə gəlmişdik. Oyunçularımı təbrik edirəm, yaxşı oynadılar. Amma mükəmməl oynadığımızı deyə bilmərəm. Çünki yenə qapımızda iki qol gördük. Buna görə də məmnun deyiləm".
QOL.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 7-ci turunda “Səbail”lə oyundan sonra mətbuat konfransında deyib.
O, 4:2 hesablı qələbəni belə şərh edib: "Hücum xəttindən razıyam. Bilirik ki, bizim üçün burada çətin olacaq. Sonuncu qələbəmizi iki il öncə əldə etmişik. "Səbail" yaxşı oynadı. Amma biz daha üstün idik. Müdafiədə səbirli oynamalıyıq. Hər vəziyyətə 100 faiz yanaşmaq lazımdır. Bu sadəcə keyfiyyətdən asılı olan məsələ deyil. Hər vəziuyyətə yuxarıdan aşağı baxmaq lazım deyil, daha diqqətli oynamaq lazımdır. Bunu oyundan qabaq da demişdim. Müdafiədə daha məsuliyyətli olmalıyıq".
Xorvatiyalı mütəxəssis qeyd edib ki, ilk qolu rəqibin vurmasına baxmayaraq, heç-heçə onu qane etməzdi: "Bir xaldan məmnun olmazdım. Çünki oyun başlayandan qələbəyə daha yaxın idik. Hələ VAR iki qolumuzu ləğv etdi".
Renduliç "Hər qələbə sizi çempionluğa yaxınlaşdırır, yoxsa "Qarabağ"ın olduğu yerdə çempionluq mümkün deyil?" sualına isə belə cavab verib: "Qarabağ" çox böyük keyfiyyətə malikdir. Bu faktdır. Biz oyundan-oyuna irəliləyirik. Heç vaxt nə baş verəcəyini deyə bilmərik. Gələcəkdə nə olacaq, o haqda çox da fikirləşmirik. Sabahdan "Qarabağ"la oyuna hazırlaşacağıq. Çünki onlar növbəti rəqibimizdir".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında