Bu gün Misli Premyer Liqasının 7-ci turunda “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gələcək.
Qarşılaşma ilə bağlı “Neftçi”nin sabiq kapitanı Yunis Hüseynovun fikirlərini öyrəndik. O, QOL.az-a açıqlamasında “Neftçi”nin hazırda yaxşı oyun nümayiş etdirmədiyini, ancaq keçmiş komandasının əvvəlki maçtlarla müayisədə bu gün daha istəkli olacağını bildirib:
“Əlbəttə ki, “Neftçi”nin qələbə qazanmasını istəyərdim. Amma favorit “Qarabağ”dır. “Neftçi”nin oyunu da yoxdur. 6 görüşdən cəmi 4 xal qazanıblar. Hələ ki, “Neftçi”nin oyunu xoşuma gəlmir. Etdikləri transferlər pis futbolçular deyil. Amma onlar da özlərini doğrultmurlar. Məncə, “Neftçi” bu gün “Qarabağ”la oyunda pis təsir bağışlamayacaq. Hər halda geridə qalan 6 oyundan nəticə çıxarıblar. Bildiyimə görə, daxili bir iclas da keçirilib. Yəqin ki, Roman Qriqorçuk və futbolçularla danışıq olub. Hər halda legionerlərə başa salıblar ki, “Neftçi” hansı komandadır, hansı pillədə olmalıdır. Bu gün “Neftçi”də istək daha çox olacaq, amma favorit kimi “Qarabağ”ı görürəm.

Yunis Hüseynov
Ötən oyunlara baxanda “Neftçi”də istək daha çox olacaq. Bu, həm rəqiblə bağlıdır, həm də iclasdan sonra yəqin ki. “Neftçi” futbolçuları hansı komandada oynadıqlarını dərk edərlər. Hər halda legionerlərə başa salıblar ki, “Neftçi” flaqman bir komandadır. Amma inanıram ki, “Qarabağ” əsas heyəti ilə oynayacaq. Ona görə də “Neftçi”nin şansı azdır”.
Y.Hüseynov hazırda “Neftçi”nin oyununda problemlərin olduğunu qeyd edib: “Mən deməzdim ki, “Neftçi”də iclasdan sonra hər şey düzələcək. Çünki komandanın oyunu yoxdur. Dəyişikliklər çox olub. Səhv etmirəmsə, 9, ya da 10 transfer ediblər. Bəziləri yaxşı oyunçudur. Amma komanda olaraq yaxşı çıxış edə bilmirlər. Baş məşqçi Roman Qriqorçuk ötən oyunların birindən sonra dedi ki, bundan sonra bəhanə gətirə bilmərik, ancaq futbol oynamaq və qələbə qazanmaq lazımdır. Amma onun dediyi sözlə oyunları üst-üstə düşmür. Hücum xəttində epizodlar yarada bilmirlər. Müdafiədə isə çoxlu səhvlərə yol verilir. Ümumi komanda daxilində bir həvəssizlik var. Bu da komandaya pis təsir göstərir”.
Y.Hüseynov “Qarabağ”ın hazırda yaxşı formada olduğunu da deyib: “Qarabağ” nəinki “Neftçi” ilə oyunun, ümumilikdə çempionatın favoritidir. Sonda da yenə “Qarabağ” çempion olacaq. Avropa Liqasında da oyunları var. Buna baxmayaraq, biz onların oyun üslubunu bilirik. Hazırda çempionatda “Qarabağ”la ayaqlaşan bir komanda görmürəm. Amma maliyyə cəhətdən elə birinci “Neftçi” “Qarabağ”dan geri qalmır.”Sabah” və “Zirə” də yaxşı komanda formalaşdıra bilər. Düzdür, hazırda “Turan Tovuz” yaxşı oyunla liderdir. Amma onlar da qışda yaxşı transferlər etməsələr, işləri çətin olacaq".
Qeyd edək ki, bu gün "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq. Hazırda "Qarabağ" 6 oyundan sonra 12 xalla 2-ci, "Neftçi" isə 7 oyuna 4 xalla 9-cu yerdədir.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında