Azərbaycan 1-ci liqası klublarından “Qəbələ” və "Cəbrayıl" yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyununa çıxıblar.
QOL.az xəbər verir ki, komandalar Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda qarşılaşıblar. Matçda "Qəbələ" 4:1 hesablı qələbə qazanıb. Əyalət təmsilçisinin qollarını Asif Məmmədov, Urfan İsmayılov, Domi Jaures və Sənan Ağalarov vurub.
Qeyd edək ki, "Qəbələ" bunadək Küveyt təmsilçisi "Əl-Yarmuk"la heç-heçə (2:2) edib, “Zaqatala”ya (2:0), “Cəbrayıl”a (5:2) və “Mingəçevir”ə (4:0) qalib gəlib.
"Cəbrayıl" isə daha əvvəl MOİK-ə 1:3, "Şamaxı"ya 0:4 hesabı ilə uduzub. Bölgə təmsilçisi "Səbail U-19"a 7:0, "Difai"yə 4:3, "Qaradağ Lökbatan"a isə 2:1 hesabı ilə qalib gəlib.
Millimizdə yeni məşqçi
“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı
"Nyukasl"ın hücumçusu ÇL rekordunu təkrarladı