"Qarabağ"la ilk oyunda "Dinamo"nun yalnız üç futbolçu 10 km.dən çox qaça bilib (hamıdan çox Baturina - 11 km.). Çempionlar Liqasının oyunu üçün bu, çox azdır. "Dinamo"nun problemlərinin çoxu məhz qaçışın azlığı ilə bağlı idi. Bu, Bakıdakı görüşdə mütləq yaxşılaşdırılmalıdır".
QOL.az-ın xəbərinə görə, "Dinamo"nun (Zaqreb) sabiq baş məşqçisi İlya Lonçareviç Zaqreb təmsilçisinin bu gün "Qarabağ"a qarşı keçiriləcək ÇL-in pley-off mərhələsinin cavab matçı haqda danışarkən belə deyib.
79 yaşlı mütəxəssis Xorvatiyanın "Jutarnji" nəşrinə müsahibəsində ilk matçda "Dinamo"nun çatışmazlıqlarına toxunub. O, ümid etdiyini bildirib ki, bunlar aradan qaldırılacaq:
"Hətta baş məşqçi Yakoriviç də komandasının oyunundan razı qalmadı. Xüsusən bu, birinci hissəyə aiddir. "Dinamo"nun oyununda aqressiya çatmırdı, top itkisindən sonra buna reaksiyanın olmaması hiss edilirdi. Üstəlik topun yaxınlığında həddən çox yarımmüdafiəçilər olurdu. Bu da təzyiq və orda xəttin oyununda qeyri-müəyyənlik yaradırdı. “Dinamo” rəqibə çoxlu qol imkanı yaratdı. Bu, Çempionlar Liqası və hətta pley-off mərhələsi üçün yolverilməzdir”.
O qeyd edib ki, baş məşqçi Sergey Yakiroviç 60-cı dəqiqədən sonra buna müdaxilə etməli olub: "Çünki "Dinamo"nun oyunu axsayırdı. Amma mən "Dinamo"çular zəif çıxış edirdi" deyəndə bütün komandanı və sistemi deyil, ayrı-ayrı oyunçuları nəzərdə tuturam. Yakiroviçin müdaxiləsi ilə komanda üçüncü qolu vurdu. Bu, vacib idi.
Etiraf edim ki, həmin anda qonaqların oyunu başadüşülən deyildi. "Qarabağ" hücum futbolu oynayaraq hesabı bərabərləşdirməyə çalışırdı. Fikrimcə, onlar üçün topu özündə saxlamaq və 0:1 hesabını qorumaq daha məqsədəuyğun olardı. Beləliklə, "Qarabağ" məntiqsiz olaraq hücumda bir neçə top itirərək "Dinamo"nun əks-hücumlarına şərait yaratdı. Azərbaycanlılar özlərinin qazdığı tələyə düşdülər".
İlya Lonçareviç deyib ki, "Dinamo" rəqib üçün xeyli boş zona yaradıb və "Qarabağ" da bundan məharətlə faydalanıb: "Amma mən bilmirəm, ya həmin gün onların günü deyildi, ya da qolları reallaşdırmaqda problemlə üzləşdilər. Halbuki "Ludoqorets"ə 7 qol vurmuşdular".
O, sonda bildirib ki, Zaqrebdə qeydə alınan hesab aldadıcı olmamalıdır:
"Qarabağ" ciddi rəqibdir. "Dinamo" Zaqrebdəki nəticəyə arxalanaraq, yalnız müdafiə olunmaq barədə düşünməməlidir. Sadə desək, Xorvatiya çempionu özünün ən yaxşı oyununu göstərməlidir. Onlar komanda olaraq da güclüdürlər".
Xatırladaq ki, "Qarabağ" - "Dinamo" oyunu bu gün yerli vaxtla saat 20:45-də başlanacaq.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər