"Bu gün "Qarabağ"dan qələbə gözləyirəm. Bu inamı komanda özü hamıda yaradıb. "Qarabağ"ın üstünlüyü ilə keçən ilk oyunda təəssüf ki, "Dinamo" qalib gəldi. Amma futbolun da gözəllyi bundadır".
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın keçmiş futbolçusu Əfran İsmayılov deyib.
Sabiq komandasının Çempionlar Liqasının pley-off mərhələsinin bu gün "Dinamo" ilə keçirəcəyi cavab matçından gözləntilərini bölüşən veteran futbolçu ilk görüşdəki 0:3 hesablı məğlubiyyətə baxmayaraq, "Qarabağ"ın mərhələ keçmək şansının az olmadığını bildirib:
"Qarabağ"a inam böyükdür. Julio Romaonun cəzalı olmaması, Marko Veşoviçin sıraya dönməsi, azarkeşlərimizin qarşısında oynamağımız da komandaya əlavə ruh verir. Bəzi nüanslar var ki, onlar olsa, "Qarabağ" mərhələni keçəcək. Komandamız səfər matçında xeyli qol imkanları yaratdı. Həmin şanslar burda da yaransa, "Qarabağ" istədiyi qolları vuracaq. İlk 15 dəqiqədə qol vura bilsə, "Qarabağ" mərhələni keçəcək. Amma bu müddətdə qol vura bilməsələr, həqiqətən də çətin olacaq. Çünki "Dİnamo"nun da hücum xətti güclüdür. Əks-hücumda bizə bir qol vursalar, çox çətin olacaq, ruh düşkünlüyü yaranacaq. Çünki "Dİnamo" təcrübəli və güclü komandadır".
Ə.İsmayılov qeyd edib ki, "Qarabağ" mərhələni keçə bilməsə, bu faciə olmamalıdır: "Qarabağ" hamıda elə bir inam yaradıb ki, komandadan mərhələ keçməyi gözləyirik. Amma keçə bilməsə də, bu, faciə sayılmamalıdır. "Dinamo"nun "Qarabağ"dan güclü olduğunu düşünmürəm. Məncə, bərabər səviyyəli komandalardır. Bir az da bəxt amili bizim tərəfimizdə olmalıdır".
"Qalatasaray"ın ötən gecə "Yanq Boyz"a (İsveçrə) uduzaraq (0:1) Çempionlar Liqasında mübarizəni dayandırmasına da münasibət bildirən İsmayılov "Qarabağ"ın Türkiyənin ən öndə gedən klublarına nümunə olduğunu qeyd edib: "Baxmayaraq ki, "Qalatasaray" və "Fənərbaxça"ya böyük pullar ayrılır, böyük məşqçilər, oyunçular gəlir, amma ortada heç nə yoxdur. Həm də səviyyəli bir çempionatda çıxış edirlər. Amma "Qarabağ" onlara göstərir ki, hər şey pulla ölçülmür, iş görmək lazımdır. "Qarabağ" heç kimin tanımadığı futbolçuları gətirir və onlar komandanı uğura aparır. "Qalatasaray"la "Fənərbaxça" isə ulduz oyunçuları alsalar da, heç nə edə bilmirlər. Məncə, "Qarabağ" bu klublara bir nümunədir".
Ramiq Ağaməmmədov
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq