"İlk matçda 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bu oyuna çox ciddi şəkildə hazırlaşmışıq".
QOL.az xəbər verir kl, bu sözləri "Dinamo"nun baş məşqçisi Sergey Yakiroviç UEFA Çempionlar Liqasının pley-off mərhələsinin sabah "Qarabağ"la Bakıda keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.
O, əsasən müdafiə planında hazırlığa üstünlük verdiklərini bildirib: "Rəqibimiz çox güclüdür. Onların hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Bütün bunları nəzərə alaraq, əsasən müdafiəni gücləndirmək şərtilə, oyunçuların hazırlıq səviyyəsinin yüksək formada olmasına çalışmışıq".
"Hesab edirsiz ki, "Maksimir"dəki nəticə ədalətli deyildi?" sualını Yakiroviç belə cavablandırıb: "Nəticənin ədalətli olub-olmaması kimi şərh verə bilmərəm. Biz oyunda daha çox ona baxırıq ki, rəqib bizim üçün nə qədər şans yaradır ki, onların qapısına daha çox qol vuraq. Ya da rəqib tərəfdən belə olmasına fikir veririk. Nəticə də yaranan vəziyyətlərdən asılı olur".
Zaqreb klubunun çalışdırıcısı "Qarabağ"ın "Ludoqorets"ə səfərdə 7 qolla qalib gəlməsi və bu səbəbdən rəqibin baş məşqçisinin istefaya göndərilməsi ilə bağlı da danışıb: "Həmin məşqçinin istefası barədə məlumatım yoxdur. Böyük ehtimalla artıq təqaüd yaşı çatdığına görə istefa verib. Mənim elə fikrim yoxdur. Bu komanda ilə yeni başlamışam və iddialıyam. Yaxşı nəticələrin olacağına inanıram. Komanda ruhumuza, oyunçulara güvənirəm".
Sergey Yakiroviç Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şans qazanmadığında görə "Dinamo"dan ayrılmasına da münasibət bildirib: "Mən bu komandada bir ildir ki, baş məşqçiyəm. Bu bir il ərzində Emrelinin potensialını görməyə vaxtım oldu. Lakin qışdakı zədəyə görə yazda oyunlara çıxa bilmədi. Daha sonra zədə yaya qədər uzandı. Bir çox oyunlarda iştirak edə bilmədi. Onun da bəxti gətirdi ki, "Nürnberq"ə transfer oldu. Mahirlə sağollaşmağımızda heç bir pis səbəb yox idi".
Baş məşqçi Bakıya sərfəli nəticə üçün gəldiklərini vurğulayıb: "Bizi daha da irəli aparacaq nəticəni əldə etmək üçün gəlmişik. Heç-heçə, qalibiyyət, məğlubiyyət kimi adlandıra bilmərəm. Niyyətimiz daha da irəli getməkdir".
Qeyd edək ki, sabah Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrebdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq