"Oyunun mahiyyəti bəllidir. Çox vacib bir görüşdür. Hesabda geridə olsaq da, daha da irəli getmək böyük şansdır".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pely-off mərhələsinin "Dinamo" ilə sabah Bakıda keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
O, Zaqrebdə keçirilən görüşdə 0:3 hesabı ilə uduzmalarına baxmayaraq, komandada inamın yüksək olduğunu bildirib: "Komanda pis hazırlaşmayıb. Hər şey qaydasındadır. Üç top fərqi ilə geridə olsaq da, inamımız böyükdür, hazırlığımız yaxşı keçdi. Qalibiyyət üçün hər şeyi etməyə çalışacağıq. İstərdik ki, azarkeşlərimiz oyunumuzdan razı qalsın. Əsl final matçı kimi hazırlaşmışıq. Rəqibimizi tanıyırıq, bilirik ki, iddialı komandadır. Onların üstünlüyü bizdən çox görünə bilər. Amma hər bir halda komandama inanır, güvənirəm. Sabah yaxşı nəticə üçn hər bir futbolçu karyerasının ən yaxşı oyununu oynamalıdır. Bunu da onlardan gözləyirəm. ilk oyundan sonra inamım itmədi. Gedişatda hamı fərqli düşünə bilərdi. "Qarabağ"ın da gücü, xarakteri bundandır. Azarkeşlər hesabdan asılı olmayaraq, bizə güvənib gəlirlərsə, bizim də onları sevindirməkdən başqa çıxış yolumuz yoxdur. Fikirlərimiz üst-üstə düşür".
Q.Qurbanov sabah komandasının mümkün məğlubiyyətini də faciə hesab etməyəcəyini qeyd edib: "Əgər hər məğlubiyyəti faciə kimi düşünəcəyiksə, bu sahədə işləməyə dəyməz. Çünki idmanda qələbə, məğlubiyyət, bərabərlik olur. Bunlara hazır olmalıyıq. Biz ümumi işimizə dəyər verməliyik. Bir şeyə əmin olmuşam ki, biz hər oyuna çox məsuliyyətlə yanaşmışıq. Geridə nəsə alınmayıbsa, məsuliyyətsizlikdən bir şey olmayıb. Sadəcə burada rəqibin üstünlüyü və ya hansısa digər detallar olub. Hər bir halda, məğlub oluruqsa, nəticə çıxarırıq. Sabah qalib gəlmək istəyirik. Vaxtımız var, məğlub olmaq istəmirik".
Baş məşqçi komandadakı zədəli oyunçuların durumu ilə bağlı da danışıb: "Marko Veşoviçdə durum pis deyil. İki gün əvvəl komandaya qoşulub. Bu gün də komanda ilə məşq etməldiir. Sabah həkim nəzarətindən sonra ən azından 23-lükdə ola bilər. Marko Yankoviç isə fərdi məşq edir".
Q.Qurbanov "Sabah komanda necə oynayacaq?" sualını da cavablandırıb: "Qarşımızda hesabda 3:0 öndə olan, böyük təcrübəyə malik "Dinamo" var. Bəzən təkcə cəsarət, istək olanda "yana" bilərik, istəyimiz alınmaya bilər. Rəqibi çox yaxından tanımalıyıq. Sabah mütləq şəkildə rəqibə təzyiq etməliyik. Amma bunu ağıllı etmək lazımdır. Çünki səfərdə rəqibin əks-hücumlarda necə təhlükəli olduğunu gördük. Buna hazır olmalıyıq. Onlar da buna hazırlaşıb. Açıqlamalarından bunu görürəm. Tam əksi də ola bilər. Yəni "Dinamo" da bizə təzyiq göstərə bilər. Bunların hamısına hazır olmalı, istənilən təzyiqə dözməliyik. Ağıllı və cəsarətli olmalıyıq. Hazırlıq buna doğru gedir. Etdiklərimizi daha da yaxşılaşdırmalıyıq. Səfərdə xeyli sayda qol epizodlarımız oldu. "Dinamo"nun qapıçısı da yaxşı oynadı. Görünən odur ki, daha səliqəli, daha dəqiq oynamağa çalışmalıyıq".
"Qarabağ"ın çalışdırıcısı transfer işlərinin davam etdiyini bildirib: "Axtarışlar gedir. Müddət azdır. Azad agent statusunda olan futbolçuları gətirmək problem olmur. Belə olarsa, axtarışları davam etdirəcəyik və yox deməyəcəyik. Ehtiyac var. Ən pis halda əlimizdəki futbolçular yetəri qədərdir. Olsa, transfer edəcəyik".
Q.Qurbanov ona ünvanlanan "Sabahkı oyunun ab-havası 16 illik "Qarabağ" karyeranızda hansı oyunu xatırladır?" sualına isə belə cavab verib: "Bu barədə düşünməmişəm. Deyəcək bir söz yoxdur. Hamı ola bilər ki, bizdən 0:3 hesablı məğlubiyyət gözləmirdi. Amma futbol elə səviyyədədir ki, bütün rəqiblər 4-5 qolu rahat vurur. Buna baxmayaraq, bizim kimi klublarda belə şans çox ələ düşmür. İlk dəfə pley-offa düşəndə, Çempionlar Liqası himninin Bakıda səslənməsi haqda danışırdılar. Deyirdilər ki, o da bəsdir. İndi daha çoxunu istəyirik. Bu, məsuliyyətdir, azarkeşlərin güvənini qazanmaqdır. Çalışıram ki, onların istəyi, arzusu real olsun. Məsuliyyət budur. Hansısa oyunla yan-yana qoymaq... Bunu deyə bilməyəcəm. İnanmıram ki, hansısa matçda məsuliyyət olmasın. Hər oyunda deyirlər ki, "Qarabağ"dan qələbə gözləyirik, qalib gəlməlidir. Bu şans hər dəfə olmur. Şansdan maksimum istifadə etmək istəyirik. Qarşımızdakı rəqibi də nəzərə almaq lazımdır. Belə rəqiblərə qarşı oynamaq həmişə xoş olub".
Q.Qurbanov sabahkı oyunda penaltilərə də hazır olduqlarını deyib: "Bəli. Hər bir mübarizəyə hazırıq. Azarkeşlər bizə güvənirsə, bizdən qələbə gözləyirlərsə, nəinki 90 dəqiqə, 120 dəqiqə meydanda vuruşmağa hazırıq. Penaltilər sonranın işidir. Əsas ilk 90 dəqiqədə çalışacağıq ki, intizamlı oyun göstərək və nəticə verək. Çox istəyərdik ki, hər şey 90 dəqiqədə həll olunsun".
Qeyd edək ki, sabah Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrebdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.
Rasim Ramaldanov: "Dayanmaq olmaz, marafon uzundur"
Mərdəkanda 1 qol - Video
Rəşad Sadıqov onlarla fəxr etdiyini yazdı
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
AFFA İcraiyyə Komitəsinin iclası keçirildi - Yenilənib
Ronaldo məşqçi olacaq?
"Qəbələ" - "Zaqatala" - Video
PSJ Mbappeyə borcunu ödəməsə...
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər
Simon Banza "Trabzonspor"a keçdi
Eddi İsrafilov yeni klubunda debüt etdi
"Real" ukraynalı qapıçı ilə yeni müqavilə imzaladı
"Sabah"ın futbolçusu "Kəpəz"də çıxış edəcək
31 yaşlı məşqçi Premyer Liqada ən yaxşı seçildi
"Çelsi" ilə 2033-cü ilə qədər müqavilə bağladı
3 oyuna 7 qol vurdu, ayın ən yaxşısı seçildi
Deyan Lovren bu kluba keçdi
"Qalatasaray"ın ulduz futbolçusu derbini buraxacaq
Bakıya 200-ə yaxın əcnəbi jurnalist gəlib - Şəkillər
Azərbaycanın tanınmış futbolçusu karyerasını başa vurdu
Artyom Dzyubanın yeni klubu bilindi
Bu gün Bakıda 8-ci Formula 1 yarışı start götürür
İzləyicilərinin sayı 1 milyarda çatdı!
"Milan"ın futbolçusu üçün il başa çatdı
"Bavariya" Musiala ilə danışıqlara başladı
Perotti karyerasını başa vurdu
“Real”ın 3 futbolçusu zədəsini sağaltdı
"İmişli" - "Bakı Sportinq" oyununda 3 qol - Video
"Ronaldo "Mançester Yunayted"dən uzaqdır" - Ten Haq
PSJ Mbappeyə borcunu ödəməlidir
1-ci liqada daha iki oyun keçirildi
"Cəbrayıl" "Difai"yə qalib gəldi - Video
Qavi komanda ilə ümumi məşqlərə qayıtdı