“Sabah bizi gərgin və maraqlı oyun gözləyir. Ümidliyik. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdir. Oyuna yaxşı hazırlaşmışıq. Sabah hər şeyi edəcəyik ki, mərhələni keçək”.
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsinin sabah Bakıda keçiriləcək "Dinamo" (Xorvatiya) ilə cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, Zaqreb klubu ilə birinci oyundan sonra komandanın müdafiə xətti tənqidlərə məruz qaldı. Bu tənqidlər sizə necə təsir edir?” sualına belə cavab verib: “Tənqidləri normal qarşılayırıq. Qol buraxırıqsa, müdafiənin də səhvi var. Çalışırıq ki, səhvləri təhlil edib, nəticə çıxaraq. Təzyiq yaratdığını düşünmürəm. Çünki bu da futbolun bir parçasıdır. Əsas odur ki, həmin səhvlərdən nəticə çıxaraq və növbəti oyunlarda təkrarlamayq”.
27 yaşlı müdafiəçi üzərlərində təzyiq olmadığını vurğulayıb: “Çünki artıq bir neçə turdur ki, Çempionlar Liqasında oynayırıq. Sakitik. Təcrübəmiz var. Hər kəs sakitdir, hamı inanır. Ən önəmlisi də, daha sakit olmaqdır. Özüm də yaxşıyam. Daha yaxşı oyun göstərməyə çalışacağıq”.
Qeyd edək ki, sözügedən oyun sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. "Qarabağ"la "Dinamo" arasında ilk matçda Xorvatiya klubu 3:0 hesablı qələbə qazanıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq