"Qarabağ"ın futbolçusu Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" ilə cavab matçında meydana çıxa biləcək.
Bu barədə QOL.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Romao mövsümdə 3-cü sarı vərəqəni alsa da, UEFA-nın yeni qaydalarına əsasən Zaqreb klubu ilə cavab matçında cəzalı durumda olmayacaq. Yeni qaydaya görə, iki təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir.
Qeyd edək ki, avqustun 28-də Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrebdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.
Julio Romaonun "Dinamo"ya qarşı oynaya biləcəyi haqda xəbəri ilk olaraq Futbolnfo.az saytı yayıb.
Millimizdə yeni məşqçi
“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı
"Nyukasl"ın hücumçusu ÇL rekordunu təkrarladı