Ötən həftə "Qarabağ" bu yayın 5-cı transferini gerçəkləşdirdi. Bu, Qanada doğulan, 23 yaşı bu ilin avqustun 1-də tamamlanan Emmanuel Addai oldu.
Addai Ağdam klubunun hazırkı transfer dövründə hücum xətti üçün aldığı ikinci oyunçudur. Məlumdur ki, daha əvvəl "Qarabağ" hücumçusu Musa Qurbanlını İsveçin "Yurqorden" klubundan qaytarıb. Digər üç oyunçu - Fabian Buntiç, Şahruddin Məhəmmədəliyev və Mateuş Koxalski isə qapıçıdır.
Mateuş Koxalski (24 yaş) komandanın yeni "bir nömrəsi" kimi düşünülür. O, ötən şənbə günü "Turan Tovuz"la Premyer Liqanın 4-cü turunun matçında "Qarabağ"da debüt etdi. Ağdam klubu həmin oyunda penaltidən buraxdığı qolla uduzsa da (0:1), Koxalski bir neçə seyvi edib və ümumən yaxşı çıxış edib.

Mateuş Koxalski
Böyük ehtimalla polşalı futbolçu "Dinamo" Zaqreblə avqustun 28-də keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə də əsas heyətdə olacaq. İlk matçda o, sonadək ehtiyatda qalmışdı. Bu da səbəbsiz deyil. Çünki Koxalski komandaya yeni qoşulmuşdu.
Digər yeni transfer Addaiyə gəlincə, o, xorvatlarla matçlar üçün UEFA-ya sifariş ərizəsi göndəriləndən sonra transfer edildiyindən meydana çıxmayacaq. Biz bu qanalı gənci avrokuboklarda ya Çempionlar Liqasının, ya da ən pis halda Avropa Liqasının Liqa mərhələsinin oyularında görə biləcəyik.

Bəs, ümumiyyətlə, o, bu gün əsas heyət oyunçusu kimi düşünülürmü? Baş məşqçi Qurban Qurbanov Addaini hansı mövqedə görür?
Addaini "doğma mövqeyi" hücumun sağ cinahıdır (sağ vinger). Bu mövqedə hazırda Leandro Andrade oynayır. Qanalı futbolçunun sol cinahda oynamaq bacarığı da var. Həmin mövqedə isə Abdullah Zubir çıxış edir. Amma Addai mərkəz hücumçusu kimi də sınana bilər. Bu mövqedə isə Juninyonun uğurlu çıxışını və qolları sıralamaqda davam etdiyini unutmamalıyıq.
Beləliklə, belə demək olar ki, Emmanueli "Qarabağ"ın "əjdahaları" ilə çətin rəqabət gözləyir. Ona görə də onun yaxın bir neçə ayda avrokuboklar üçün əsas heyət üzvü olacağını gözləmək çətindir. Digər tərəfdən, Addainin Avropa kubokları təcrübəsi ümumiyyətlə, yoxdur və bu sevinci professional karyerasında başlanğıcda "Qarabağ"da yaşaya bilər.
Bununla belə, bizim onu Premyer Liqa görüşlərində tez-tez ilk 11-likdə görməyimiz mümkündür.
Amma Emmanuel Addainin gələcəkdə "Qarabağ"ın növbəti uğurlu transferlərindən birinə çevriləcəyini istisna etmək olmaz. Addai ötən mövsüm İspaniya Sequndasında (La Liqa-2) keçirib. O, mövsümün ortalarından komandası "Alkorkon"un əsas heyətində daha çox oynamağa başlayıb və daha çox oyun şansı əldə edib. Ümumilikdə Addai La Liqa-2-də 35 oyunda meydana çıxıb, 3 qol vurub və 4 qolun ötürməsini edib. Mövsümün yekununda "Alkorkon" 22 komanda arasında 20-ci yeri tutaraq Liqa-2-ni tərk edib.
Bu quru statistika belə göstərir ki, artıq İspaniya futbolunun ab-havası Addaiyə yaxşı tanışdır. Onun əsas üstünlüklərindən biri də uzaqdan uğurlu zərbələr vurmasıdır ki, buna da "Qarabağ"da ehtiyac var.
Əlbəttə, qanalının "Qarabağ" üçün nə dərəcədə faydalı olacağın zaman göstərəcək. Amma indidən bunu qətiyyətlə söyləmək olar ki, Ağdam klubunun skaut sistemi uğurla işləyir və onların gətirdiyi futbolçuların mütləq əksəriyyəti komandaya faydalı olub.
Ümid edək ki, Addai də həmin müsbət ənənəni davam etdirən oyunçular sırasına düşəcək və "Qarabağ"da ad qoya biləcək.
ELNUR,
Qol.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı