Albaniya Superliqasında 2-ci turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” bu tur “Laçi”ni qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Start heyətdə meydana çıxan Əliyev sona qədər oynayıb.
Hazırda "Eqnatiya" 6 xalla liderdir.
Qeyd edək ki, Azərbaycanın U-21 millisinin sabiq üzvü olan Z.Əliyev bu ilin iyun ayında "Eqnatiya"ya keçib.
Millimizdə yeni məşqçi
“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı
"Nyukasl"ın hücumçusu ÇL rekordunu təkrarladı