“Əslində pis oynamadıq. Erkən qol buraxdıq. Sonra oyunda dönüş yaratmaq üçün hücumlar etdik. Lakin “Şamaxı” yaxşı müdafiə olunurdu. Onlara qol vurmaq çətin idi”.
QOL.az saytına açıqlamasında bu sözləri “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə Misli Premyer Liqasının 4-cü turunda “Şamaxı”ya 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
O, matçın hakimliyinin nəticəyə nə dərəcədə təsir etməsi barədə sualı belə cavablandırıb: “Nəsə demək çətindir. Hər dəfə qaydalar çərçivəsində, yaxud qaydalar çərçivəsində olmayan qol vuranda VAR-a gedilir. Hər dəfə VAR, VAR, VAR - bilmirəm, buna necə reaksiya verim”.
23 yaşlı futbolçu Konfrans Liqasının pley-off mərhələsində “Omoniya”dan (Kipr) alınan 0:6 hesablı məğlubiyyətdən sonra toparlanmağa çalışdıqlarını bildirib: “Təbii ki, o cür məğlubiyyətləri unutmaq çətindir. Oyunun ertəsi günü danışdıq. Baş məşqçimiz də öz fikirlərini söylədi. Komanda olaraq razılaşdıq ki, bu məğlubiyyətdən düzgün nəticə çıxarmalı və gələcəyə baxmalıyıq”.
R.Əhmədzadə Nikosiyadakı matçda hesab arasındakı fərqin böyük olmasının səbəbini belə izah edib: “Belə oyunlar olur. Bəzən dünya çempionatında belə, bu cür nəticələr qeydə alınır. Rəqibin günü idi. Bizdə isə əksinə, demək olar ki, heç nə alınmadı. Bu da yekunda nəticəyə öz təsirini göstərdi”.
“Zirə”nin forvardı “Omoniya”ya qarşı keçiriləcək cavab matçından da söz açıb: “Başa düşürük ki, böyük ölçüdə cütün taleyini dəyişmək çətindir. Amma Bakıda qələbə qazanmaq istəyirik. Sonadək vuruşacağıq və əlimizdən gələni edəcəyik ki, öz meydanımızda qalib gələk”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq