"İlk qələbəmiz idi. Rəhbərliyi, futbolçuları, azarkeşləri təbrik edirəm".
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 4-cü turunda bu gün "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, səfərdə qazandıqları qələbəni (1:0) belə şərh edib: "Bilirdik ki, “Zirə” üçün çətin olacaq. Çünki ağır oyundan gəlmişdilər. Avrokuboklarda oynayan komandalarımız hələ ki, çempionatda çətinlik çəkirlər. Normaldır. Bu fürsətdən yararlanmaq lazım idi. Yeni futbolçularımız var. Hesab nə olursa-olsun futbolçularım əzmkarlıq göstərdilər, xal qazanmaq üçün mübarizə apardılar. Bu oyunlar bizə lazımdır. Hər xal bizim üçün qızıl olacaq. Bu xal da elədir. Bu gün əzmkar olmasaydıq, “Zirə” ustalıq sarıdan bizdən üstün idi, rahat qalib gələrdilər. Onlara imkan vermədik. Birinci hissədən daha çox razı qaldım. İkinci hissədə dəyişikliklərdən sonra üstünlük rəqibə keçdi".
A.Abbasov məqsədlərinin Premyer Liqada qalmaq olduğunu bildirib: "Bu suala hər dəfə geniş cavab verə bilərdim. Digər komandalarda işləyəndə də, bizdə sanki məqsəd istəyirlər ki, nəyisə tez bir zamanda nəticə verəsən, harasa gedəsən. Məqsəd çempionatda qalmaq, yuxarı yerlər üçün vuruşmaq, yeni oyunçular çıxarmaqdır. Bizdə U-21 millisindən üç oyunçu çıxış edir".
A.Abbasov “Turan Tovuz”un hazırkı uğurunda özünüzü nə qədər pay sahibi görürsünüz?" sualını cavablandırıb və sabiq komandasının "Qarabağ"a qalib gəlməsindən danışıb: "Keçən il nə qədər xalımız var idi? Yaxşı başlayıblar. “Turan Tovuz” bizim üçün rəqibdir. Danışmağım düz olmaz. Çempionat hələ qabaqdadır.
Klublar iki cəbhədə çətinlik çəkir. “Sabah”a da aid etmək olar. “Sumqayıt” da əziyyət çəkdi, sonra toparlandı. Bura inanıb gəlmişəm. Yenidən komanda qurmaq çox çətindir. Məncə, məşqçilikdə ən çətin işlərdən biri seleksiyadır. Daha sonra komandanı inandırmaq lazımdır. Hər qələbə bütün komanda və mənim üçün böyük stimuldur. “Zirə”ni səfərdə məğlub etmək asan iş deyil. “Zirə” keçən il çox möhkəm komanda idi. Kubokun finalında oynadı. Avrokuboklarda son oyunu çıxsaq, məncə, bu il “Zirə” çox yaxşı çıxış etdi. “Zirə”nin seleksiyasına baxsaq, “Qarabağ”a başağrısı olacaq. Məğlubiyyətlər bəzən qaçılmazdır. Belə komandanı məğlub etmək bizim üçün stimuldur".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq