"Ümumi vəziyyət haqda danışmaq istəyirəm. Futbolçularda yorğunluq var. Həm psixoloji, həm də fiziki cəhətdən belədir. Bəli, 1-2 oyunçu var ki, toplanış keçməyiblər. Bu da oyunda öz təsirini göstərir. Avrokuboklardan gəlmişik. Bir oyunumuz qalıb, daha sonra milli fasiləsi olacaq. Yaxşı dincəlib, bundan sonra yaxşı oynamalıyıq".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 4-cü turunda bu gün "Sabah"a uduzduqları (1:3) oyundan sonra mətbuat konfransında deyib.
O, mövsüm yeni başlasa da, komandasının dincəlməyə ehtiyacı olduğunu bildirib: "Futbolçularla da danışıram, onlar yorğunluğu önə çəkir. Çempionatın əvvəlidir. Sabah necə olacağını bilmirik. Deməzdim ki, bu gün göstərdiyimiz oyuna görə futbolçulardan tam razıyam. Oyun haqda danışmaq istəmirəm. Artıq bu matç geridə qaldı. Növbəti görüş haqda düşünməliyik. “Araz-Naxçıvan”la evdəki oyun bundan da çətin olacaq. Avrokuboklarda uduzaraq iştirakını dayandıran ilk komanda biz olduq. Bunun altından çıxa bilməmişik. Futbolçularda onun üzüntüsü, məsuliyyəti var. Bu vaxta qədər top saxlayan komanda kimi seçilirdiksə, bu gün çox top itirdik. Futbolçulara da dedim ki, top itirməsək, öz oyunumuzu oynasaq, qollar vura bilərik. Futbolçu yorğunluq hiss edirsə, oyununa təsir edir. Onları başa düşməyə çalışırıq. Yorğunluğa görə hesabdakı üstünlüyü qoruyub-saxlaya bilmədik. “Sabah” evdə oynayırdı, birəbir güclü oyunçuları var. Tapşırığımız o idi ki, rəqibin cinah oyunçularını tək qoymayaq. Dayaq yarımmüdafiəçiləri onlara kömək etməli idi. Fernando Madeyros çatdırmırdı və yük digərlərinə düşürdü".
S.Abasov “Neftçi”dən sizə təklif gəlmişdi. Bu gün “Sumqayıt”da qaldığınıza görə peşmansınız?" sualına belə cavab verib: "Əsla. Ən azından öz şəhərimin komandasıdır, öz şəhərimin komandasının baş məşqçisiyəm. Ona görə heç vaxt peşman olmaram. Bir dəfə təklif gəlibsə, başqa vaxt da təklif gələ bilər. “Sumqayıt”la müqaviləm var idi və komandanı bəzi insanlar kimi qoyub-qaçmaq fikrində deyildim. Futbolçularıma inanıram və sona qədər onlarlayam".
Ronaldodan Konqo ilə oyunda - Bərbad statistika
Qısaboy olsa da, rekorda hazırlaşır
Ronaldonun performansı zəifləyib?
Keyn mundial matçına xüsusi nişanla çıxacaq
Kevin Medina "Qarabağ"la belə vidalaşdı - Video
Messidən sonra Ronaldo da 6-cı mundialına çıxdı
"Səbail"in yeni rəhbəri bəlli oldu
Covanni yenidən Niderland klubunda
"Leypsiq" baş məşqçisini göndərdi
Özbəkistanda millinin oyununa görə iş saatı dəyişdi
Portuqaliya və Konqonun heyətləri açıqlandı
"Qarabağ"dan daha bir transfer - Şəkillər
Acun Ilıcalının klubunun xalları silinə bilər
Bugünkü mundial matçını buraxacaq
"Şəfa"da növbəti müqavilə
Messidən dünya çempionatlarının rekordu
Mundiallar tarixində qol vuran ən yaşlı avstriyalı
"Zirə"nin də potensial rəqibi müəyyənləşdi
"Sabah" və "Qarabağ"ın cütünün məğlublarının rəqibləri
"Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
“Real” "İnter"in futbolçusuna elçi düşdü
"Bir insanın saçına, bığına ilişmək artıq tənqid deyil"
Çempionlar Liqasında 2-ci mərhələnin cütlükləri
6 illik Kevin Medina dövrü bitdi - "Qarabağ" rəsmən açıqladı
"Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
Messi dünya çempionatında daha bir rekordu təkrarladı
"Sabah"ın potensial rəqibi müəyyənləşdi - Çempionlar Liqası
“ColorStorm”un böyük mağaza və “showroom” açılışı - Şəkillər
DÇ-2026-da növbəti şərhçi qalmaqalı
Bernardo Silva rəsmən “Real”da
Millinin şərəfinə xatirə sikkələri buraxılır - Şəkil
Neymarın beşinci övladı dünyaya gəldi
Azərbaycan millisinin üzvü Rumıniya klubunda - Rəsmi
"Araz-Naxçıvan"da daha bir müqavilə
Haalanddan dubl, Norveçdən böyükhesablı qələbə - Video
"Qalatasaray" bu futbolçunu satdı
Messi! Messi!! Messi!!! - Video
Rəşad Sadıqovdan püşkə münasibət
Mundial tarixinin yeni kralı olmağına bircə qol qaldı!
Fransa Seneqala qalib gəldi: DÇ-2026-da nəticələr
Trampa Almaniya millisinin formasını hədiyyə etdi