“Sevilya” növbəti transferini açıqlayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniya klubu “Brayton”dan (İngiltərə) Valentin Barkonu icarəyə götürüb.
20 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Sevilya”da oynayacaq.
Qeyd edək ki, Argentina millisinin də üzvü olan Barko bu ilin yanvarında “Boka Xuniors”dan “Brayton”a keçib.
Millimizdə yeni məşqçi
“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı
"Nyukasl"ın hücumçusu ÇL rekordunu təkrarladı