"Qarabağ" Premyer Liqasının 4-cü turunda öz meydanında "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub. QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çempionata hazır olmaq baxımından bizim üçün çox vacib oyun oldu. Bu gün qarşımızda yaxşı müdafiə olunan, vuruşan kollektiv var idi. Kurban Berdıyev müdafiəni qurmaqda çox tanınmış mütəxəssislərdən biridir. Həmçinin əks-hücumları yaxşı qurur. Bunu bilirdik. Amma nə qədər də olsa, "Turan Tovuz"u yaxından tanımırdıq. İstər-istəməz bizim fikrimiz daha çox Çempionlar Liqasında idi. Buna baxmayaraq, rəqib qalib gəlibsə, borcluyuq təbrik etməyə. İstəkləri ilə, oyun nizam-intizamı ilə qalibiyyətə layiq idilər. Tovuzda həmişə futbola maraq olub. Bu gün də gördük ki, tribunada Tovuzdan gəlmiş nə qədər azarkeş var idi. Mövsümboyu qarşımızda yaxşı rəqib olacaq. Öz azarkeşlərimizə təşəkkür edirəm, sona qədər bizimlə oldular.
- İlk penaltidən öncə hakimə etiraz etdiniz. Bu, hansı epizodla bağlı idi?
- Ofsayd epizoduna. Sonra dedilər ki, çox cüzi ofsayd var idi. Mənim gördüyümə görə yox idi. Hakimə dedim ki, ofsayd varsa, oyunu hücum bitəndən sonra saxla.
- "Dinamo" ilə matçın bu oyuna təsiri oldu?
- Ümumiyyətlə Avropada oynadığımız bütün matçların təsiri var. Fərqli heyət oynayır, bəzi rotasiyalar edirik. Mən bu müddətdə həmişə məşqlərdən gileylənmişəm. 3-4 gündən bir iki heyət oynayanda futbolçuların hamısı bir yerdə məşq edə bilmir. Məşqin dinamikası, keyfiyyəti pozulur. Amma neçə illərdir biz belə davam edirik. Əvvəlki iki oyunda hiss olunmadısa, bu gün hiss olundu. Belə sıx qrafikdə futbolçuların hamısının sağlam olması vacibdir. Bizə qarşı çox ciddi hazırlaşan rəqiblər olur. Bu da normaldır. Mövsümün əvvəlidir. Belə məğlubiyyətlərin mənə, komandaya faydası çox olur.
- Yeni qapıçının performansını necə dəyərləndirirsiniz?
- Normal. Lazım olan epizodlarda düzgün qərar verdi.
- Demək olar ki, gələcəkdə çox şans qazanacaq?
- Öz əlindədir. Daha yaxşı davam etsə, biz "yox" deməyəcəyik (sportal.az).
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq