"Biz uzun müddətdir bir yerdə çıxış edən ciddi komanda ilə qarşılaşırıq. Maksimum konsentrasiya olmalıyıq".
QOL.az xəbər verir ki, bu sözləri Zaqreb "Dinamo"sunun baş məşqçisi Sergey Yakiroviç Çempionlar Liqasının pley-off mərhələsinin sabah "Qarabağ"la keçiriləcək ilk oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib
Xorvatiya klubunun çalışdırıcısı "Qarabağ"ın ötən mövsüm Avropa Liqasında "Bayer"lə möhtəşəm oyunlarını xatırladıb: "Ötən mövsüm "Bayer"i çətin duruma saldılar. Son oyunda ("Ludoqorets"lə - red) səfərdə 7 qol vuraraq mesaj verdilər. Bu, bizim üçün böyük xəbərdarlıqdır. Bir neçə fərdi ustalığı yaxşı olan oyunçuya malikdirlər".
Yakiroviç qeyd edib ki, heyətlri ilə bağlı ciddi problem yoxdur. "Kapitan Ademidən başqa hamı sağlamdır. Ademinin vəziyyətinin necə olduğunu bu gün məşqdən sonra görəcəyik".
S.Yakiroviç "Qarabağ"ın güclü tərəflərini də göstərib: "Qarabağ"ın hücum xəttində çox yaxşı oyunçuları var. Yarımmüdafiəçilər Abdullah Zubir və Yassin Benzia, hücumçu Juninyo, ortada Julio Romao - bu dörd oyunçu ən böyük təhlükədir. Onların müdafiəsinin isə necə olduğunu görəcəyik".
Baş məşqçi vurğulayıb ki, sabah cütün taleyinin həll olunmasını istəsə də, hər şey Bakıdakı cavab matçında bəlli olacaq: "Mən istərdim ki, sabah hər şey həll olunsun, amma bilirəm ki, bu, hələ birinci hissədir. Çempionlar Liqasında zəif rəqib yoxdur, hamısı öz ölkələrinin çempionudur".
S.Yakiroviç məşqçilik karyerasında ən böyük oyunların onu qarşıda gözlədiyi haqda deyilənlərlə razılaşıb. "Əlbəttə, bunlar ən böyük oyunlardır, Çempionlar Liqasına vəsiqə qazansaq, əla olardı".
Qeyd edək ki, sabah keçiriləcək “Dinamo” - “Qarabağ” görüşü Bakı vatı ilə saat 23:00-da başlayacaq.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır