“Çox çətin oyun alındı. İkinci matçda meydanda fərqli rəqib komanda gördük. Nə qədər ağır olsa da, yekunda istəyimizə çatdıq. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı. Sevinirik ki, mərhələni adlayan tərəf bizik”.
QOL.az xəbər verir ki, bu sözləri “Sabah”ın yarımmüdafiəçisi Elvin Camalov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində penaltilər seriyasında Hayfa “Makkabi”sini məğlub etdikləri oyundan sonra deyib.
O bildirib ki, matçın gedişində bəzi epizodlarda rəqib qarşısında çarəsiz qalıblar: “Matça yaxşı başlamamışdıq. Səfər oyununda da belə olmuşdu. Lakin orda 20-ci dəqiqədən sonra toparlandıq. Bu dəfə isə ilk hissədə toparlanmaq alınmadı. Bununla belə, sona kimi mübarizə apardıq, əlimizə düşən qol epizodlarından yaxşı istifadə etdik. Əziyyətimizin bəhrəsini gördük”.
29 yaşlı futbolçu 6 qol buraxmalarına baxmayaraq, mərhələ adlamarına normal yanaşdığını söyləyib: “Çünki biz səfərdə də, evdə də “Makkabi”yə 3 qol vurduq. Halbuki bu, ağlımıza gəlməzdi. Ümumi nəticədə hesab bərabər idi”.
Azarkeşlərə dəstəyə görə təşəkkürünü bildirən Camalov növbəti mərhələdə qarşılaşacaqları İrlandiya təmsilçisi “Sent Patriks”dən də söz açıb: “Bu gün Avropada rahat rəqib yoxdur. Ona görə arxayınlaşmaq olmaz. “Makkabi” ilə səfər matçında heç kim bizi favorit hesab etmirdi. Lakin biz 3:0 hesablı qələbə qazandıq. İndi özümüzü favorit hesab edib, qələbə qazana bilməsək, mənfi düşüncələr formalaşacaq. Ona görə də oynamamış nəsə demək olmaz”.
Yarımmüdafiəçi start heyətindən kənarda qalmasına da aydınlıq gətirib: “İki gün qabaq məşqdə ağrılarım var idi. Bu barədə baş məşqçi ilə danışığımız oldu. Belə qərara gəldik ki, oyuna ehtiyatdan başlayım, sonradan meydana daxil olum”.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması