Azərbaycanın Paris Yay Olimpiya Oyunlarına yollanan 5 boksçusundan 3-ü (Nicat Hüseynov, Malik Həsənov və Məhəmməd Abdullayev) elə ilk döyüşdə məğlub olaraq mübarizəni erkən tamamladı. Cəmi 2 dəri əlcək ustamız - Alfonso Dominges (92 kq) və Murad Allahverdiyev (80kq) birinci qarşılaşmalarında rinqi başıuca tərk edərək ən güclü "8-liy"ə adlarını yazdırdılar.

Tokio Olimpiadasının bürünc mükafatçısı, kubalı legionerimiz A.Domingesin həmvətəni 2 qat Olimpiya və 5 qat Dünya çempionu Xulio Sesar La Krus üzərində qələbəsi xüsusilə qeyd olunmalıdır. Muradın isə özündən kifayət qədər təcrübəli misirli rəqibindən üstün olması diqqətəlayiqdir.
Maraqlıdır ki, hər iki boksçumuzun 1/4 finaldakı rəqibləri qazaxıstanlı əkiz qardaşlar olacaq - Nurbek və Aybek Oralbaylar. Alfonso 1 avqustda Aybeklə, Allahverdiyev isə bir gün sonra Nurbeklə rinqdə münasibətlərinə aydınlıq gətirəcək.

Ötən il Özbəkistanda keçirilən son dünya çempionatının 1/16 finalında Muradı məğlub edən Nurbek növbəti görüşlərində də qələbə qazanaraq mundialın qızıl medalına yiyələnib. O, həmçinin gənclərin dünya çempionatında da fəxri kürsünün birinci pilləsinə qalxıb.
Dünya çempionumuz Domingeslə üzləşəcək Aybek də “dişli” rəqibdir. Doğrudur, idmançımız daha titulludur, lakin Oralbay da Asiya çempionu və Gənclərin Olimpiya Oyunlarının qalibi olmağı bacarıb.
Qeyd edim ki, 1/4 finalda qalib gələn boksçular ən azı Paris Olimpiadasının “bürünc”ünü təmin edəcək. Azərbaycan boksçuları çıxış etdiyi son 6 Olimpiya Oyunlarında medal qazanmağa müvəffəq olub - 1 gümüş, 8 bürünc. Ümid edirik ki, bu ənənə davam edəcək.
(Jurnalist Elmar Rzanın Feysbuk paylaşımından)
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi