Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 7 matç keçirilib.
Azərbaycan təmsilçisi "Qarabağ" "Linkoln"la bu dəfə evdə qarşılaşıb və 5:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Türkiyə klubu "Fənərbaxça" isə "Luqano"nu qəbul edib. 2:1 hesablı qələbə qazanan İstanbul təmsilçisi 3-cü təsnifat mərhələsinə adlayıb.
APOEL, "Sparta", "Ferentsvaroş", “Slovan” və "Malmö" də növbəti mərhələyə adını yazdırıb.
Qeyd edək ki, cavab oyunlarına sabah yekun vurulacaq.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
30 iyul
20:00. "Qarabağ" (Azərbaycan) - "Linkoln" (Cəbəllütariq) - 5:0
İlk oyun – 2:0
21:00. "Petrokub" (Moldova) – APOEL (Kipr) - 1:1
İlk oyun – 0:1
21:00. "Fənərbaxça" (Türkiyə) - "Luqano" (İsveçrə) - 2:1
İlk oyun - 4:3
21:00. "Sparta" (Praqa, Çexiya) - "Şemrok Rovers" (İrlandiya) - 4:2
İlk oyun – 2:0
22:00. TNS (Uels) - "Ferentsvaroş" (Macarıstan) - 1:2
İlk oyun – 0:5
22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Çelye” (Sloveniya) - 5:0
İlk oyun – 1:1
22:45. "Klaksvik" (Farer adaları) - "Malmö" (İsveç) - 3:2
İlk oyun – 1:4
31 iyul
21:00. RFŞ (Latviya) - "Budo Qlimt" (Norveç)
İlk oyun - 0:4
21:15. "Midtülland" (Danimarka) - "Santa Koloma" (Andorra)
İlk oyun - 3:0
22:00. "Makkabi" (Tel-Əviv, İsrail) - FKSB (Rumıniya)
İlk oyun - 1:1
22:00. "Partizan" (Serbiya) - "Dinamo" (Kiyev, Ukrayna)
İlk oyun - 2:6
22:30. "Yaqelloniya" (Polşa) - "Panavezis" (Litva)
İlk oyun - 4:0
22:45. "Dinamo" (Minsk, Belarus) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun - 0:2
23:00. "Boraya Banya-Luka" (Bosniya və Herseqovina) - PAOK (Yunanıstan)
İlk oyun - 2:3
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri