2025/26 mövsüm Çempionlar Liqasının finalına ev sahibliyi edəcək şəhər müəyyənləşib.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, Macarıstanın paytaxtı Budapeşt olub. Oyun “Puşkas Arena”da keçiriləcək. Bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin Dublində təşkil olunan bugünkü iclasında qəbul olunub.
Stadion 67 889 tamaşaçı tutumuna malikdir.
Həmçinin qeyd olunur ki, Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün final oyununun yeri ilə bağlı qərar isə sentyabr ayına qədər təxirə salınıb. Həmin vaxta qədər Milandakı (İtaliya) "San Siro" stadionunun yenidən qurulması planları UEFA-ya təqdim edilməlidir.
Bundan başqa, 2026-cı ildə Avropa Liqasının finalı İstanbulda ("Beşiktaş Park"), 2027-ci ildə isə Frankfurtda ("Doyçe Bank Park") keçiriləcək.
Konfrans Liqasının finalı isə 2026-cı ildə "Leyptsiq RB Arena"da (Almaniya), 2027-ci ildə isə İstanbulda ("Beşiktaş Park") olacaq.
Zubirdən vida mesajı
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi