"Qəbələ"dən ardıcıl 3-cü qələbə

"Qəbələ"dən ardıcıl 3-cü qələbə
PREMYER LİQA 19 May 2024 / 17:53 8368
-  A +

Bu gün Misli Premyer Liqasında 35-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçirlib.

Artıq mövsümü sonuncu pillədə başa vuracağı və gələn mövsüm 1-ci liqada mübarizə aparacağı dəqiqləşən "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib. Oyun "Qəbələ"nin 2:0 hesablı qələbəisi ilə başa çatıb. Bu, "Qəbələ"nin ardıcıl 3-cü qələbəsi olub. Kaxaber Sxadadzenin komandası daha əvvəl "Səbail" və "Sabah"a da qalib gəlib.

Bu nəticədən sonra "Araz-Naxçvan" 35 xalla 9-cu pillədə qərarlaşıb. Eyni xalı olan "Kəpəz" 8-ci pillədəki yerini qoruyub.

 

19 may (bazar)

16:00. “Qəbələ”– “Araz-Naxçıvan” - 2:0 

Qol: Usama Xalayla, 51, Əyyub Alaş, 87
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
Qəbələ şəhər stadionu

17 may (cümə)

“Qarabağ” – “Turan Tovuz” - 4:3

18 may

"Sabah" – "Sumqayıt" - 2:0 

"Səbail" – "Neftçi" - 0:3 

"Kəpəz" – "Zirə" - 0:1 

N Klublar O Q H M T-F X
1 Qarabağ 35 26 4 5 95-35 82
2 Neftçi 35 16 8 11 51-39 56
3 Zirə 35 15 10 10 32-22 55
4 Sabah 35 16 7 12 49-40 55
5 Sumqayıt 35 14 12 9 36-38 54
6 Turan Tovuz 35 12 9 14 52-53 45
7 Səbail 35 11 9 15 50-59 42
8 Kəpəz 35 9 8 18 39-66 35
9 Araz-Naxçıvan 35 9 8 18 29-48 35
10 Qəbələ 35 7 5 23 30-63 26

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 19 qol
Aleksandr Ramalinqom ("Səbail") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol

Daha çox


Son xəbərlər
01.06.24  10:46

Pulsuz mərc gəldi!