Ronaldonun Naço və Kazemiro planı

Ronaldonun Naço və Kazemiro planı
XƏBƏR 2 İyun 2024 / 13:40 3052
-  A +

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Real”ın müdafiəçisi Naço Fernandes və “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemironu komandasında görmək istəyir.

QOL.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Ronaldo artıq Naço və Kazemiro ilə əlaqə saxlayıb və onların Səudiyyə Ərəbistanı klubuna keçidi imkanlarını müzakirə edib. “Marca” xəbər verir.

Portuqaliyalı hücumçunun klubda nüfuzu artır. O, özünü təcrübəsli və yüksək səviyyəli oyunçularla əhatə etmək istəyir.

Bundan əvvəl mətbuatda Naçonun cari mövsümün sonunda Madrid klubunu tərk edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. 

Daha çox


Son xəbərlər
topaz banner