"Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov UEFA-nın Klub Yarışların Təşkili Komitəsinin növbəti iclasında iştirak edib.
QOL.az klubun saytına istinadən xəbər verir ki, tədbir İngiltərənin paytaxtı Londonda keçirilib.
Əsgərovun üzvü olduğu komitənin toplantısında 2024-27-ci illərdə keçiriləcək yarışlarla bağlı media, kommersiya satışlarındakı yeniliklər müzakirə olunub. Komitə üzvləri avrokuboklara qatılmayan klublara maliyyə yardımı, qonaq komandalara ayrılan biletlərin maksimal qiyməti barədə fikir mübadilələri aparıblar. Yığıncaqda turnirin qalibinin öz ölkəsinə əlavə yer qazandırdığı vaxt klub bölgüsünün yenidən balanslaşdırılması məsələləri müzakirəyə çıxarılıb.
Əsgərovun qatıldığı tədbirdə DÇ-2026 və klublararası DÇ-2025-in digər turnirlərə, həmçinin komandalara təsiri ilə bağlı müzakirələr də aparılıb. Tədbir iştirakçıları yeni sponsorlarla iş prosesinin gedişi, təsdiqlənmiş və davam edən tərəfdaşlarla danışıqların aparılması prosedurları ilə tanış olublar.
Qeyd edək ki, Əsgərov komitənin digər üzvləri ilə birlikdə Çempionlar Liqasının “Uembli”də keçirilədək “Borussiya” (Dortmund, Almaniya) – “Real” (Madrid, İspaniya) oyununu izləyəcək. O, UEFA-nın finala dəvət etdiyi ali qonaqlar arasındadır.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət