Kroos: "Kimsə mənə 6 dəfə ÇL-i qazanacağımı desəydi, inanmazdım"

Kroos: "Kimsə mənə 6 dəfə ÇL-i qazanacağımı desəydi, inanmazdım"
XƏBƏR 2 İyun 2024 / 12:58 2639
-  A +

"Real"ın yarımmüdafiəçisi Toni Kroos "Real"la növbəti dəfə Çempionlar Liqasının qalibi olmasından danışıb.

QOL.az xəbər verir ki, Madrid təmsilçisi ötən gecə turnirin finalında Dortmund "Borussiya"sını məğlub edib və tarixində 15-ci dəfə ÇL-i qazanıb. Bu görüş Kroosun "Real"dakı son oyunu olub. 34 yaşlı yarımmüdafiəçi Avro-2024-dən sonra karyerasını başa vuracaq.

Kroos "Real"la ümumilikdə 6 dəfə ÇL-in qalbi olub. O, bu uğuru belə şərh edib: 

“Bu, inanılmazdır. Əgər kimsə mənə desəydi ki, 6 dəfə Çempionlar Liqası titulunu qazanacağam, buna inanmazdım. Deyərdim ki, dəlidir. Və ən əsası, həmişə karyeramı "Real"da bu cür sonlandırmağı arzulayırdım".

Daha çox


Son xəbərlər
topaz banner