Bu mövsümün sonunda azad agent kimi "Çelsi"dən ayrılacaq Tiaqo Silva Braziliyanın "Fluminense"yə keçəcək.
QOL.az xəbər verir ki, bu barədə “Globo Esporte” internet portalı məlumat yayıb. Müdafiəçi Braziliya klubu ötən cümə günü 2026-cı ilin yayına qədər sözləşmə imzalamaq üçün razılığa gəlib. Tiaqonun yaxın günlərdə müqavilə imzalayacağı və bu ilin iyulundan "Fluminense"nin futbolçusu olacağı gözlənilir.
39 yaşlı Tiaqo Silva 2020-ci ildə azad agent kimi "Çelsi"yə keçib. O, 151 oyuna çıxıb, Çempionlar Liqası, Klublararası Dünya Kuboku və UEFA Super Kubokunu qazanıb. Tiaqo 2006-2009-cu illərdə "Fluminense"də çıxış edib.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var