"İnter Mayami" Messinin daha bir dostu ilə danışıqlar aparır

"İnter Mayami" Messinin daha bir dostu ilə danışıqlar aparır
XƏBƏR 2 May 2024 / 22:38 2321
-  A +

"İnter Mayami" Argentina millisinin və "Benfika"nın yarımmüdafiəçisi Anhel Di Mariyanı heyətinə qatmaq istəyir.

QOL.az xəbər verir ki, bu barədə ilə TN yazır məlumat yayıb. Klub hazırda 36 yaşlı futbolçu ilə danışıqlar aparır. 

Həmçinin "Benfika" da Di Mariya ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır. Futbolçuya başqa klublardan təkliflər də var.

Bildirilir ki, Anhel "İnter Mayami"yə keçməyə daha müsbət yanaşır. Lakin hələlik tərəflər razılıq əldə etməyiblər.

Qeyd edək ki, "İnter Mayami"də Argentina millisinin digər məşhur futbolçusu Lionel Messi də oynayır. Messinin "Barselona"dakı keçmiş komanda yoldaşı Luis Suares də MLS təmsilçisinin formasını geyinir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner