İdman direktoru baş məşqçi təyin olundu

İdman direktoru baş məşqçi təyin olundu
XƏBƏR 30 Aprel 2024 / 12:20 2069
-  A +

Ötən gün Fahrudin Omeroviçi istefaya göndərən "Konyaspor"un yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 2023-cü ildən "Konyaspor"un idman direktoru vəzifəsində işləyən Ali Çamdalı komandanın müvəqqəti baş məşqçisi təyin olunub. O, cari mövsümün sonunadək "Konyaspor"u çalışdıracaq. 

40 yaşlı mütəxəssis futbolçu karyerası ərzində 2013-2018-ci illərdə və 2019-cu ildə "Konyaspor"da oynayıb. O, bu komandanın kapitanı olub. Həmçinin Ali Çamdalı "Borussiya" (Münhenqladbax), "Bayer"in ehtiyat komandası,  "Kayserispor", "Kocaelispor", "Orduspor", "Rizespor" və "Manisa"da da çıxış edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner