Ötən gün Misli Premyer Liqasının 32-ci turunda "Kəpəz"ə uduzan "Qəbələ"nin çempionatı sonuncu - 10-cu pillədə başa vuracağı dəqiqləşib. İdman prinsiplərinə əsasən, əyalət təmsilçisi növbəti mövsüm Azərbaycan 1-ci liqasında mübarizə aparmalıdır. Ancaq bununla bağlı son qərarı AFFA İcraiyyə Komitəsi verəcək.
QOL.az bununla əlaqədar Azərbaycan millisinin sabiq üzvü, "Qəbələ"nin keçmiş futbolçusu Ceyhun Sultanovun fikirlərini öyrənib.O, Premyer Liqada komandaların sayının 12-yə yüksəldilməsinin və bununla da "Qəbələ"ni çempionatda saxlamağın ən yaxşı yol olduğunu bildirib: "Əfsuslar olsun ki, belə bir komanda Premyer Liqada sonuncu oldu. "Qəbələ"ni itirsək, pis olacaq. Düşünürəm ki, Premyer Liqada komanda sayı 12-yə yüksəldilməlidir. Bu şərtlə "Qəbələ"ni Premyer Liqada saxlamaq olar. İdman prinsipləri tətbiq olunsa, "Qəbələ" çempionatdan gedəcək. Ona görə də komanda sayının 12-yə çatdırılmasını təklif edirəm".
"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze "Kəpəz"lə görüşdən sonra açıqlamasında kluba gələrkən bu cür nəticə ilə üzləşəcəyini gözləmədiyini deyib və belə durumun yaranmasına görə komandanı günahlandırıb, imicinin korlandığını deyib. C.Sultanov gürcüstanlı mütəxəssisin bu fikirlərinə də münasibət bildirib: "Sxadadzenin belə deməyi düzgün deyil. Komandanın sonuncu olmağında onun özünün günahı var. Sxadadzeni gətirmişdilər ki, "Qəbələ"ni Premyer Liqada saxlasın. O, bunu bacarmadı. "Qəbələ" Avroliqada da oynayıb. Hazırkı heyətinə görə də "Kəpəz"dən zəif deyil, güclüdür. Sadəcə Sxadadze bunu bacarmadı".
C.Sultanov 4-5 komandanın Premyer Liqada 2-ci yer uğrunda mübarizəsinə də toxunub: "Çempionatımız çox maraqlı keçir. Kimin öndə, kimin aşağıda qərarlaşacağını demək çətindir. 4-5 komandanın hər biri 2-ci yeri tutmağa yaxındır. "Sumqayıt" yaxşı futbol oynayır. "Zirə" və "Sabah"ın oyununda inkişaf var. "Neftçi" də keyfiyyətinə görə yuxarı pillələrdədir. Kim az səhv edəcəksə, o da uğur qazanacaq".
Nur Zeynalova
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"