“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Stadionda möhtəşəm atmosfer yaratmışdılar. Bu cür dəstəyin qarşısında oynamaq ikiqat xoşdur. Qələbə qazanmaq isə lap gözəldir”.
QOL.az saytına açıqlamasında bu sözləri “Sumqayıt”ın müdafiəçisi Murad Xaçayev Misli Premyer Liqasının 32-ci turunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, Ağdam təmsilçisinin əsas heyətinə qalib gəlməyin daha xoş olduğunu bildirib: “Hamı “Qarabağ”ın hansı gücə malik olduğunu bilir. Onların avrokuboklarda necə inamlı təsir bağışladığını hər kəs görüb. Rəqibin əsas heyətinə qarşı oynamaq maraqlı idi. Ona görə də qalib gəlmək çox xoşdur”.
28 yaşlı futbolçu bu qələbədən sonra avrokuboklara yollanmaq şanslarını belə dəyərləndirib: “Qarabağ”la oyuna qədər bizim üçün 5 finala bərabər oyun var idi. İndi qaldı dördü. Biz sadəcə 5 döyüşdən birini udmuşuq. Qarşıda bizi daha 4 döyüş gözləyir. Həmin matçlarda da maksimum nəticə qazanmalıyıq. Bu halda mövsümün sonunda istəyimizə çata bilərik”.
Xaçayev növbəti turda səfərdə “Kəpəz”lə qarşılaşacaqları görüşə də toxunub: “Tovuzda oynamaq həmişə çətindir. Orada meydanın süni olması işimizi bir qədər də çətinləşdirir. Lakin hesab edirəm ki, “Qarabağ” üzərində qələbədən sonra motivasiyamız daha çox olacaq. Görüşə daha çox köklənəcəyik. Daha istəkli olacağıq və əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq”.
“Qarşıdakı 4 matçdan hansı sizin üçün daha çətin olacaq?” sualını M.Xaçayev belə cavablandırıb: “Hər oyun özünə görə çətin olacaq. Hər komanda avrokuboklara vəsiqə əldə etmək istəyir, hər komanda turnir cədvəlində daha yüksək pillədə qərarlaşmaq istəyir. Turnir cədvəlində də vəziyyət elədir ki, bütün komandalar bir-birinə çox yaxındır. Bu səbəbdən də hər matç maraqlı və gərgin olacaq”.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"