AFFA İcraiyyə Komitəsinin gözlənilən toplantısı yubandıqca iclasın gündəliyində olacağı ehtimal edilən məsələlərin ictimaiyyətdə müzakirəsi geniş vüsət alıb. Qurumdaxili yoxlamaların bitməsini gözləyən rəhbərliyə bəlkə də sözügedən müzakirələr, təhlillər sərf edir. Çünki “çək-çevir"ə çıxarılacaq həmin təkliflər müzakirələrlə təkmilləşir. Son günlərdə legioner limitinin artmasına futbol ictimaiyyəti birmənalı yanaşmır. Kimisi yeni təklif olunan (8+3), kimisi də köhnə (7+4) variantı məqbul sayır. Bütün fikirlərdə haqlı nüanslar var. Hansı qərar qəbul olunacağından aslı olmayaraq, milli komandanın mənafeyi öndə tutulmalıdır. Limit dəyişəcəksə, dəyişsin! Dəyişiklikdən sonra Azərbaycan futbolunun, millilərin inkişafı üçün hansı qərarlar verilməlidir?
Hər şeydən öncə qərarlar sərt olmalıdır. Heç bir sponsorun etirazına, klubun “göz yaşı”na baxmadan yeni sistemə keçilməlidir. Zamanla təkmilləşmə və sistemin inkişafı yeni komandanın kadrlarından aslı olacaq. Hədəf, plan, əminlik varsa, yenilikdən, yenilənməkdən çəkinmək olmaz. Əgər limit dəyişikliyi vacibdirsə, onda ...
Rüsum 5 mindən 50 min manata qalxsın!
Məsələn, klublar hər əcnəbiyə görə Peşəkar Futbol Liqasına (PFL) rüsum ödəyirlər: 7 əcnəbinin hərəsinə 5 min, 8-12 gəlmə oyunçuya 10 min, 13 və daha çox legioner üçünsə 50 min manat ödəyirlər.
Təklif etmək olar ki, rüsum artırılsın: hər əcnəbiyə görə 1 ilə 50 min manat. Ölkəsinin əsas və ya U-21 millisinin üzvləri "PFL vergisi"ndən azad olmalıdırlar. Bu məqamda da əlavə bəndlər işə düşməlidir ki, işbazlar vəziyyətdən yararlana bilməsinlər. Məsələn, son bir və ya iki ildə mütəmadi milliyə dəvət olunmuş futbolçulara görə pul ödənilməsin. Sözügedən bənd hazırda PFL-in əsasnaməsində əksini tapır. Belədə, klublar təyin olunmuş kvotaya görə milli üzvlərinə üstünlük verəcəklər ki, nəticədə də gəlmələrin keyfiyyəti artacaq. Yuxarıda qeyd etdiyim kimi, qərarlar mütləq sərt olmalıdır. Madam ki, Azərbaycan dövləti futbolun inkişafında maraqlıdır, klubların hər birinə 3 milyon manat (növbəti mövsüm 4 milyon olacağı da deyilir) yardım ayırır, bu maliyyə əcnəbiyə yox, yerli futbolçulara xərclənməlidir. Təsəvvür edin ki, təkcə “Kəpəz”də 6 ölkədən 9 legioner var. Azərbaycan futbolunun, azərbaycanlı futbolçuların, lap elə Gəncə futbolunun inkişafına ayrılan pul niyə Portuqaliya, Gürcüstan, Belarus, Nigeriya, Braziliya, Mali kimi ölkələrə getməlidir?
Limitin dəyişdirilməsi imkanlı klublarımzın ürəyincə olsa da, tətbiq ediləcək yeni rüsum formatı, keyfiyəti ilə qiyməti tərs-mütənasib olan futbolçuların azalması ilə nəticələnəcək. Təsəvvür edin ki, bu qərarla Gəncə təmsilçisi və ya başqaları 70-80 hətta 100 minə legioner gətirmək sevdasından avtomatik vaz keçəcəklər. Düşünün, kimə sərf edər ki, 70-80 minlik futbolçuya 130 min versin? Məcburən yerli oyunçuların xidmətindən yararlanacaqlar. Əslində, bu tip klubların işi, hədəfi belə olmalıdır. Məhz bu zaman dövlətdən gələn maliyyə təyinatı üzrə xərclənər.
Dövlətin yardımı necə xərclənməlidir?
AFFA-nın əlində ciddi nəzarət mexanizmi olmalıdır. Əgər verilən qərarların effektini görmək istəyiriksə, maliyyə yardımının təyinatı üzrə xərclənməsi mütləqdir. Düzdür, əvvəlki illərdə ianənin bölgüsü klublara tələb kimi qoyulub. Məsələn, filan qədər uşaq futboluna, müəyyən faiz digər xərclərə, əsas komandaya təqribən bu qədər və sair. Təcrübə də göstərdi ki, nəzarət olmayanda klubların “nəzir qutusu” “otkat” mənbəyinə çevrilir. Təbii ki, büdcəsi böyük olan klublardan təyinatı üzrə xərclərin hesabatı istənilsə, rahatlıqla verə biləcəklər. Çünki tələblərə az-çox böyük klublar cavab verir. Əsas pozuntu məhz dövlətin əlinə baxan, büdcəsinin 80-90 faizi 3 milyondan asılı olan klublardadır. Heç kim bu klublardan nə avrokuboklarda iştirak istəyir, nə də tələb edir. Məhz onların hədəfləri yerli futbolçular yetişdirmək, inkişaf etdirmək olmalıdır. Bu iş isə Azərbaycanı avrokuboklarda layiqincə təmsil etmək qədər şərəflidir. Legioner oynatmaq kiçik klubların nəyinə lazım? “Qəbələ” 11, “Kəpəz” 9 gəlmə ilə nə etdi? Məqsəd liqada qalmaq uğrunda mübarizədirsə, bunu yerlilərlə də etmək mümkündür. Demirəm ki, bu klubların iddiası olmasın. O vaxt olsun ki, məsələn, Azərbaycanın 3-cü böyük şəhəri sayılan Gəncə təmsilçisinə sponsor tapılır və deyir ki, üçünü dövlət edirsə, beşini də mən əlavə edirəm. O zaman niyə də olmasın? Gəncəyə, bölgələrimizə böyük futbol yaraşır. Bunun üçünsə öncə özümüz böyüməliyik. Öyrənməliyik, tətbiq etməliyik, qərar verməliyik!
Əli Sahib, Fanat.az
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”