“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo klubdan istefaya göndərilməsi haqqında növbəti dəfə danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis A seriyası təmsilçisini ardıcıl iki dəfə avrokubokların finalına yüksəltməsini xatırlayıb:
“Mən son iki ildə iki finalda oynamış yeganə avropalı məşqçiyəm. 20 il əvvəl Çempionlar Liqasını qazanmağım mənim günahım deyil. İndi hansısa məşqçidən "Ardıcıl iki il avrokubok finalında oynamaq istəyərsinizmi" deyə soruşsanız, onların əksəriyyəti "bəli" cavabını verəcək”.
Qeyd edək ki, Mourinyo 2024-cü ilin yanvarında "Roma"dan istefaya göndərilib. Portuqaliyalı 2021-ci ildən İtaliya klubuna rəhbərlik edirdi. 2021/2022 mövsümündə "Roma" Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə isə “qurdlar” Avropa Liqasının finalına yüksəlib. Mourinyonun rəhbərliyi altında “Roma” ümumilikdə 96 oyun keçirib, onlardan 44-də qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib. Mourinyo bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu” və “Benfika” klublarını da çalışdırıb.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb