"Yuventus"a Ronaldo şoku

"Yuventus"a Ronaldo şoku
XƏBƏR 19 Aprel 2024 / 13:25 5864
-  A +

"Yuventus" sabiq futbolçusu Kriştiano Ronaldoya təzminat ödəyəcək.

QOL.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti təsdiqləyib.

39 yaşlı hücumçu sabiq klubunu 2020/21 mövsümündəki aylıq məvacibini ödəmədiyinə görə məhkəməyə verib. Portuqaliyalı futbolçu Turin təmsilçisinə qarşı məhkəmədə qalib gəlib. Arbitraj Şurasının qərarına əsasən, "Yuventus" Ronaldoya 9,7 milyon avro + faiz ödəyəcək.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayında "Yuventus"dan ayrılıb. O, daha sonra "Mançester Yunayted"ə keçib. Futbolçu 2022-ci ilin noyabrında "qırmızı şeytanlar"dan ayrılıb və həmin ilin dekabrında Səudiyyə Ərəbistanı "Əl-Nəsr"inə transfer olunub. 

"Yuventus" 2020/21 mövsümündə koronavirus pandemiyası səbəbindən Ronaldonun aylıq məvacibini ödəməyi gecikdirmiş,  daha sonra da həmin məbləği futbolçuya ödəməmişdi. Ronaldo isə bu səbəbdən "Yuventus"u məhkəməyə vermişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner