Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə gənclərdən ibarət nümayəndə heyəti ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında keçirilən BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) növbəti Gənclər Forumunda iştirak edib.
QOL.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, forumun ilk günü F.Qayıbov sülh və dayanıqlı inkişaf məqsədlərinə həsr olunan plenar iclasda, ikinci günü isə iqlim və sülh müzakirəsində gənclər dialoqu üçün ayrılan seqmentdə çıxış edib.
Nazir həmçinin ICYF tərəfindən keçirilən “PEACE Side Event” görüşünə də qatılıb.
ABŞ-yə səfər çərçivəsində Fərid Qayıbov BMT Gənclər Ofisinin rəhbəri Felipe Paullier, Braziliyanın Gənclər üzrə milli katibi Ronald Luiz Dos Santos və ABŞ Dövlət Departamentinin qlobal gənclər üzrə xüsusi elçisi Ebbi Finkenauerlə ikitərəfli görüşlər keçirib.
Qeyd edək ki, F.Qayıbov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə birgə Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərimiz, o cümlədən idmançılarla da görüşüb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim