"Turan Tovuz" bu mövsümün sonu Avropa kuboklarına vəsiqə qazanacağı halda ev oyununu Tovuz şəhər stadionunda keçirmək istəyir.
QOL.az-ın daha öncə xəbər verdiyi kimi, klubun dəvəti ilə UEFA-ın stadionlar üzrə inspektoru Nebojsa İvkoviç AFFA nümayəndəsi dünən Tovuz şəhər stadionunda olub. 4 saatdan çox çəkən baxışdan sonra serbiyalı funksioner stadionun müvafiq kateqoriyaya yiyələnməsi üçün UEFA-nın tələblərini çatdırıb, tapşırıq və tövsiyələrini verib.
Bununla bağlı işlərə başlanılmasını yalnız təqdir etmək olar. Hər halda artıq Avropa kuboklarının oyunları paytaxt Bakıdan bolgələrə də keçməlidir ki, orada futbola maraq artsın. Amma əlbəttə, bunun üçün indi vacib olan təkcə stadionun UEFA tərəfindən qəbul edilməsi deyil, həm də "Turan Tovuz"un avrokuboklara vəsiqə qazanmasıdır.
Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev "ARB24"ə təsdiq edib ki, komanda avrokuboklara vəsiqə qazanacağı halda ev oyununu Tovuz şəhər stadionunda keçirmək istəyir. O, məhz bu səbəbdən UEFA nümayəndələrinin Tovuz şəhər stadionuna baxış keçirdiyini söyləyib:
"UEFA nümayəndəsi stadionumuza baxış keçirir (söhbət baxış keçirilən zaman olub - red.). Hal-hazırda əməkdaşlarımız oradadır. Birlikdə işləyirlər".

Klub rəhbəri əskiklərin çox olduğunu deyib: "Turan Tovuz" azarkeşləri Qərb bölgəsinin insanlarıdır. Böyük futbolun Qərb bölgəsinə gəlməsi buradakı insanların ən təbii haqqıdır. Əlimizdən gələn bütün imkanlardan istifadə edəcəyik ki, bir gün "Turan Tovuz" avrokuboklarda oynasın və heç olmasa, ilk mərhələdə rəqib komanda Tovuz şəhərinə qonaq gəlsin".
Qeyd edək ki, stadiondakı çatışmazlıqlar aradan qaldırılsa UEFA Tovuzda avrokubokların təsnifat mərhələsinin oyunlarının keçiriməsinə icazə verəcək. Bununla da Tovuz tarixində ilk dəfə nüfuzlu yarışın oyununa ev sahibliyi edə biləcək.
Əlavə edək ki, Azərbaycanı ilk dəfə Avropa kuboklarında məhz Tovuzun təmsilçisi olan "Turan" təmsil edib. 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışının birinci təsnifat mərhələsinə Azərbaycan çempionu statusunda qatılan "Turan" "Fənərbaxça" ilə qarşılaşıb. İstanbuldakı ilk matç 5:0 hesabı ilə başa çatıb. Təkrar oyunu isə Tovuz təmsilçisi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib və 0:2 hesabı ilə uduzub.
Hazırda komandanın yenidən Avropa kuboklarına qatılmaq şansı var. Tovuz təmsilçisi Misli Premyer Liqasının turnir cədvəlində 42 xalla 6-cıdır. 2-ci pillədəki "Neftçi"nin 47, 3-cü pillədəki "Zirə"nin 46, 4-cü yerdəki "Sumqayıt"ın 44, 5-ci pillədəki "Sabah"ın isə 43 xalı var. Çempionatın başa çatmasına isə 6 tur qalıb. Növbəti turda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi