"Liverpul"un baş məşqçisi Yurgen Klopp öz karyerası haqqında danışıb.
QOL.az xəbər verir ki, cari mövsümün sonunda komandadan ayrılacaq mütəxəssis özünü böyük məşqçi hesab etmədiyini bildirib:
“Mən heç vaxt özümü böyük məşqçi hesab etmirəm. İnsanların məni belə görməsinə hələ də təəccüblənirəm. Əsas odur ki, “Liverpul” azarkeşləri bizdən razıdırlar və bu, vacib olan yeganə şeydir. Məzar daşımda “Budur, planetin ən uğurlu məşqçilərindən biri” yazılmasını istəmirəm. Xeyr, bu mənim üçün deyil. Mən həyatda insanlara kömək edən bir insan kimi xatırlanmaq istəyirəm”.
Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. Daha əvvəl 56 yaşlı mütəxəssis 2023/24 mövsümünün sonunda klubdan ayrılacağını bildirmişdi. Komanda hazırda 71 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü yerdədir.
“Liverpul” Kloppun rəhbərliyi altında İngiltərə çempionu, ölkə kubokunun və Superkubokunun, Çempionlar Liqasının qalibi olub.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu