"Liverpul" "Sportinq"in baş məşqçisi Ruben Amorimlə kluba mümkün təyinatla bağlı razılığa gəlib.
QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, mersisaydlılar 39 yaşlı portuqaliyalı mütəxəssislə şifahi razılığa gəliblər. Onun mövsümün sonunda İngiltərə təmsilçisinə baş məşqçi təyin olunacağı gözlənilir.
Amorim 2020-ci ildən "Sportinq"ə baş məşqçilik edir. Onun rəhbərliyi altında Lissabon komandası Portuqaliya çempionu olub və 2 dəfə Portuqaliya Liqa Kubokunu qazanıb.
Qeyd edək ki, bu ilin yanvarında "Liverpul"un hazırkı baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”