"Bavariya"nın mart ayında Almaniya millisi ilə məşq zamanı zədələnən qapıçısı Manuel Noyerin son durumu məlum olub.
QOL.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 38 yaşlı qapıçı artıq zədəsini sağaldıb. O, Çempionlar Liqasının 1/4 final mərhələsinin "Arsenal"la ilk oyununda iştirak etməyə hazırdır. Noyerin sözügedən matçda meydana çıxacağı gözlənilir.
Sabah Londonda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Noyer bu mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 9 görüşdə qapısını qolsuz saxlayıb. Manuelin "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”