"Fənərbaxça" açıqlama yaydı

"Fənərbaxça" açıqlama yaydı
XƏBƏR 8 Aprel 2024 / 09:00 8401
-  A +

"Fənərbaxça" Türkiyə Superkubokunun "Qalatasaray"la matçının yarımçıq dayandırılmasından sonra açıqlama yayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Açıqlamada bildirilib:

“Bu gün meydana qalib gəlmək üçün deyil, həqiqəti müdafiə etmək üçün çıxdığımız üçün bunları vurğulamaq istəyirik: 117 illik tariximiz boyunca təkcə futbolda deyil, indiki bütün Türkiyə idmanına xidmət etmişik. Muzeyimizdə tər və zəhmətlə qazanılmış minlərlə kubok var.

30 milyon azarkeşimizlə birlikdə ölkəmizin milli dəyərlərini paylaşırıq. Dünyanın ən böyük idman klubu olaraq, dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik”.

Qeyd edək ki, dünən "Fənərbaxça" və "Qalatasaray"ın qarşılaşdığı Türkiyə Superkuboku uğrunda oyunun ilk dəqiqəsində Mauro İkardi "Qalatasaray"ı hesabda irəli çıxarıb. Meydana  U-19 komandasının futbolçuları ilə çıxan "Fənərbaxça"  oyunu boykot edərək meydanı tərk edib. Beləliklə, "Fənərbaxça"ya texniki məğlubiyyət verilib. "Qalatasaray" Türkiyə Superkubokunun qalibi olub.

Bir müddət əvvəl Türkiyənin "Fənərbaxça"sının daxili çempionatın 30-cu turunun matçında "Trabzonspor" azarkeşlərinin komandanın futbolçularına hücumu səbəbindən çempionatı dəyişə biləcəyi barədə xəbər yayılmışdı. Sözügedən matçın  final fitindən sonra "Fənərbaxça" futbolçuları meydanın mərkəzində qələbəni qeyd ediblər. "Trabzonspor" azarkeşləri isə kütləvi şəkildə meydana qaçıblar və rəqib futbolçulara hücum ediblər.  Bundan sonra tərəflər arasında dava olub.

İstanbul təmsilçisi Belçika, Niderland, İspaniya, Fransa və İtaliya liqalarında oynamaq variantlarını nəzərdən keçirir.


Son xəbərlər