"Adana Dəmirspor" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasının XXXI turu çərçivəsində səfərdə "Fənərbaxça"ya qarşı keçirdikləri oyun zamanı aldığı zədəyə aydınlıq gətirib.
QOL.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında start heyətində meydana çıxan, lakin qarşılaşmanın fasiləsində əvəzlənən 29 yaşlı qolkiper bildirib: "Matçın gedişində rəqib futbolçu dizi ilə ayağıma zərbə endirdi. Birinci hissənin sonuna qədər ayağım şişdi və hərəkət edə bilmədim. Sadə ağrılar olsaydı, davam edə bilərdim. Amma tərpənmək mümkün deyildi".
Ş.Məhəmmədəliyev 5-6 günə yaşıl meydanlara qayıda biləcəyini söyləyib: "Tez bir zamanda hər şey yoluna düşəcək. İnşallah, sağalaraq komanda ilə birgə məşqlərə başlamaq istəyirəm".
Qeyd edək ki, "Fənərbaxça" - "Adana Dəmirspor" oyunu İstanbul klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək