“Araz-Naxçıvan” çempionluğunu rəsmiləşdirdi

“Araz-Naxçıvan” çempionluğunu rəsmiləşdirdi
XƏBƏR 5 Aprel 2024 / 01:49 2193
-  A +

Futzal üzrə Yüksək Liqada XVII turun oyunları keçirilib. 

QOL.az xəbər verir ki, ilk matçda “Araz-Naxçıvan”la “Neftçi” İK qarşılaşıb. Rəqibini 5:4 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi xallarını 46-ya çatdırıb. Bununla da mövsümün qalan oyunlarının nəticəsindən asılı olmayaraq rəqibləri üçün əlçatmaz olan "Araz-Naxçıvan" növbəti çempionluğunu rəsmiləşdirib. 

Turun digər oyununda “Baku Fire” U-19-u 10:1, “Yasamal Bakı” isə “Record club”u 11:1 hesabı ilə məğlub edib. 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner