"Bu il çempionat çox gərgin keçir. "Qarabağ" şəriksiz liderdir, çempionluğu rəsmiləşdirdi. Ancaq Konfrans Liqasına vəsiqə uğrunda, gümüş və bürünc medallar uğrunda mübarizə aparan komandaların sayı çoxdur. Real baxsaq, "Kəpəz" və "Qəbələ"ni çıxmaq şərti ilə, 7 komanda medallar və Konfrans Liqası üçün oynayır".
Bu sözləri QOL.az saytına açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib. O, komandasının bu mövsüm Misli Premyer Liqasında medallar və Konfrans Liqasına vəsiqə qazanması üçün şanslarını dəyərləndirib:
"Xal fərqi çox azdır. Biz 1 tur qələbə qazandıq, 3-cü olduq 1 tur uduzduq, 6-cı yerə endik. Psixoloji amil, ehtiyat qüvvəsinin olub-olmaması böyük rol oynayacaq. Hansı klubda ehtiyat heyət varsa, rotasiya etmək rahat olacaq. Mövsümün sonu yaxınlaşır. Artıq yorğunluq var. Rotasiyalar etmək lazımdır. Ötən il Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdıqsa, bu il artıq medallar qazanmağa çalışmağımız dövrün dəyişməsindən xəbər verir".
Mütəxəssis qeyd edib ki, mövsümün əvvəlində klub rəhbərliyi komandanın qarşısına ilk "6-lığa" düşmək tapşırığı qoyub: "Mövsümün əvvəlində klub rəhbərliyi ilə görüşümüz olmuşdu. Çempionat başlayanda qarşımıza ilk "6-lığ"a düşmək tapşırığı qoyuldu. 6-cı yerdəyik, ancaq hələ bu tapşırıq da həll olunmayıb. İştah diş altınadır. Biz mübarizə aparacağıq. Mübarizədən çəkinməyəcəyik".
Ş.Diniyev "Səbail"də stabil oyunun çatışmadığını deyib: "Çatışmayan şey sabitlikdir. Vəziyyət bir dövrdə başqa cür oldu, sona başqa cür. Zədəlilərimiz çox idi. Yeni yaranan komanda üçün stabil heyətin olmaması çətin məsələdir. Stabil heyət, stabil oyun yoxdursa, nəticə də ola bilməz. Əvvəlcə yaxşı başladıq, sadəcə 12-ci turdan sonra zədəlilərimiz çox oldu, eniş başladı. Sonra yenə toparlanmışdıq. Avqustda qurulan heyətdən 4-5 nəfərin olmaması, yenilərin qoşulması, adaptasiya dövrü kifayət qədər uğur qazanmamağın səbəblərindəndir. Amma düşünürəm ki, komanda düzgün yoldadır. İnkişaf etməli, bu yolda əminliklə addım atmalıyıq".
Baş məşqçi uzun zamandır zədəli olan futbolçuları Ağabala Ramazanov və David Qomisin durumundan da söz açıb: "Ağabala Ramazanov David Qomis artıq individual məşqlər edirlər. 3 gündən sonra komanda ilə məşqlərə başlayacaqlar. Oynamaqları üçün isə 2-3 həftə lazım olacaq. Çünki uzun müddətdir ki, meydana çıxmırlar. Mövsümün sonuna qədər komandaya kömək edə bilsələr, nə xoş bizə".
Mütəxəssis sonda 29-cu turda "Qarabağ"a qarşı keçirəcəkləri matç haqqında da fikirlərini bölüşüb: "Qarabağ" haqqında danışmağa ehtiyac yoxdur. Çünki onların həm daxili çempionatda, həm də avrokuboklarda necə oynadıqlarını bilirik. "Qarabağ" haqqında Amerika qura bilmərəm. "Qarabağ" çox güclü heyətə, oyun sisteminə malik olan, təşkilatlanmış bir komandadır. Oraya 1 yox, yarım sözdən belə başa düşən futbolçular yığılıb. Artıq "Qarabağ"da 2 heyət var. "Qarabağ"la matç hə bir komanda üçün məsuliyyətdir. Onlara qarşı oynamaq çox çətindir. Ancaq məcburuq, oynamalıyıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. "Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edirəm".
Nur Zeynalova
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”