"Qarabağ”ın sabiq futbolçusu karyerasını başa vurdu

"Qarabağ”ın sabiq futbolçusu karyerasını başa vurdu
XƏBƏR 4 Aprel 2024 / 14:58 4305
-  A +

"Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunissi karyerasını başa vurub.

QOL.az xəbər verir ki, bununla bağlı norveçli oyunçu özünün "İnstaqram" səhifəsində paylaşım edib. O, legioner həyatı yaşadığı ölkələrin dilində təşəkkür edib və oynadığı müxtəlif klubların formasında fotolarını paylaşıb.

“Hər şeyin bir sonu var. Artıq geri çəkilmək vaxtım gəldi. Bu, xüsusi bir imtiyaz oldu. Gözəl oyunun mənə verdiyi hər şeyə görə inanılmaz dərəcədə minnətdaram!".

Qeyd edək ki, 36 yaşlı sabiq futbolçu 2017/2018 mövsümündə “Olimpiakos”dan “Qarabağ”a icarəyə verilmişdi.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner